Xırdalandakı Məktəb yolu adlanan ərazidə yağışın fəsadları

Payız başımıza əməlli-başlı bəla olub ki...

17250
(Yenilənib 17:21 14.11.2018)
"Yerə bir damcı su düşən kimi qazımız kəsilir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Son bir neçə gün ərzində davam edən aramsız yağış nəticəsində ölkənin bir sıra bölgələrində ciddi problemlər meydana çıxdı. Xüsusilə, paytaxtın bəzi ərazilərində çıxılmaz vəziyyət yarandı - yolları su basdı, küçələrdən sel axdı, qaz, işıq kəsildi, bir sözlə, sanki həyat dayandı.

Sputnik Azərbaycan-ın bəzi oxucuları həmin günlərdə üzləşdikləri xoşagəlməz hallarla bağlı redaksiyamıza qısa məktublar göndəriblər. Oxucuların qeydlərini ümumləşdirib təqdim edirik:

Rövşən Əsədov: "Yağış oldu-olmadı, hər gün səhər saatlarında Babək prospektində tıxacda qalırıq. Yağış isə tıxaca bəhanə oldu. Saatlarla tıxacda qaldıq".

Sabir Qədirov: "Bakıda yollar adi günlərdə də tıxac olur. Kanalizasiyalar işləmir, yağış suları yollarda gölməçələr yaradıb. Nəticədə saatlarla yollarda qalmışıq".

Afaq Cəbrayılova: "Binanın dam örtüyü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən payızın ortasında yenilənir. Yağan yağış nəticəsində binada olan bir çox evə ciddi ziyan dəyib. İndi də icra hakimiyyəti dəymiş ziyanla maraqlanmır. Qalmışıq çıxılmaz vəziyyətdə".

Həmidə Abdullayeva: "Yerə bir damcı su düşən kimi qazımız kəsilir. "Azəriqaz"ın qaynar xəttində də cavab verən yoxdur. Vəziyyət çox pisdir. Evdə o soyuq havada donmuşuq".

Mübariz Bayramov: ""Koroğlu" körpüsünün yanında ən azı yarım saatdan çox tıxacda qalmışam. Səbəb isə yağış idi".

İlkin Səftərov: "Xırdalanda xətt çəkmək üçün hər yeri qazıblar, həmin qazdıqları yeri örtməyib gediblər. Yağan yağış həmin ərazini palçıq edib. Qalmışıq palçığın içində. Hər kəs öz rahatlığını fikirləşir. Camaatı, milləti fikirləşən yoxdur. Evdən çıxıb dayanacağa gedənə kimi üst-başımız palçıq olur. Hələ axşam qaranlıqda qayıtmağı demirəm".

Elnurə Abuşova: "Həmin gün yolları su basdığı üçün məcbur qalıb, övladımı məktəbə taksi ilə apardım".

17250
Teqlər:
sakin, küçə, tıxac, yağış
Əlaqədar
Külək, yağış, qar xəbərdarlığı edilir
Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

22
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

22
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

22
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

22