Arif Rəhimzadə

Komitə sədri narazılıq etdi: "Biz hər 5 ildən bir qaz çəkməli deyilik"

154
(Yenilənib 14:37 14.11.2018)
Arif Rəhimzadə: "Neftçala rayonunda eyni inzibati əraziyə daxil olan 5 kənddən dördünə qaz çəkilib, amma birinə çəkilməyib"

BAKI, 14 noyabr - Sputnik. "Mən heç bir sahəyə əlavə vəsaitin yönəldilməsi haqda danışmaq niyyətində deyiləm. Daha çox ayrılan vəsaitlərin səmərəli xərclənməsini vacib hesab edirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Arif Rəhimzadə Milli Məclisdə büdcə müzakirəsi zamanı çıxış edərkən deyib. O bildirib ki, dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya, 500 min manat isə subvensiya ayrılıb.

"Subsidiya belədir ki, onun hara xərclənməsi əvvəlcədən bilinmir. Subvensiya isə konkret layihələrlə bağlıdır. Mən təklif edirəm ki, bələdiyyələrə ayrılan supsidiyanın hesabına subvensiyanın həcmi artırılsın. Həmçinin hesab edirəm ki, bələdiyyələrə ayrılan 5,2 milyon manatın müəyyən hissəsi ilə bələdiyyələrin sığorta fonduna olan borcunun müəyyən hissəsini ödəmək olar" - deputat vurğulayıb.

A.Rəhimzadənin sözlərinə görə, bir çox bələdiyyələrin sığorta fonduna olan borcuna görə hesabları bağlıdır: "Fikrimcə, dotasiya hesabına bu problemi həll etmək və bələdiyyələrin fəaliyyətində dönüş yaratmaq mümkündür. Nəzərə alın ki, söhbət bütün bələdiyyələrdən deyil, əsasən kənd bələdiyyələrindən gedir".

Komitə sədri daha sonra dövlət büdcəsindən ayrılan vəsaitlətin səmərəli istifadəsinin vacibliyini qeyd edib: "Neftçala rayonunda eyni inzibati əraziyə daxil olan 5 kənddən dördünə qaz çəkilib, amma birinə çəkilməyib. Mən bu prioblemin həlli üçün əksər dövlət qurumlarına müraciət etmişəm".

"Nəhayət, Rövnəq Abdullayev daxili imkanlar hesabına bu problemi həll etdi. Əslində, bu, yeganə hal deyil. Belə faktlar çoxdur. Həm də, bu kimi hallar insanlarda narazılığa səbəb olur. Biz hər 5 ildən bir qaz çəkməli deyilik" - millət vəkili əlavə edib.

154
Teqlər:
bələdiyyə, Arif Rəhimzadə, qaz
Əlaqədar
Qaz balonunu anam alıb: Məktəbi bir-birinə vuran uşaq etiraf etdi
Qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb
Qaz idarəsi ilə vətəndaş arasında heyrətamiz çəkişmə gedir