Pendir satışı, arxiv şəkli

Azərbaycanda yeganə kolxozun sədri işbazlara xəbərdarlıq etdi

5398
(Yenilənib 20:18 13.11.2018)
İvanovkanın adından istifadə edən işbazlar barədə hüquqi ölçü götürüləcək

BAKI, 13 noyabr — Sputnik. Məşhur İvanovka kəndində istehsal edilən məhsullar brendləşdiriləcək. Bunu Sputnik Azərbaycan-a ölkədəki yeganə kolxozun sədri Vasili Novoseltsev deyib.

İvanovka kəndi İsmayıllı rayonunda yerləşir. Kəndin 3 minə yaxın əhalisi var. Burada 200 il əvvəl Rusiyanın mərkəzi rayonlarından Azərbaycana köçürülmüş molokanların nümayəndələri yaşayır. İvanovka sovet dövründən qalmış yeganə kolxozdur.

Kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir və bu məhsullar kolxozun iki mağazasını təmin edir. Həmin mağazalardan biri İsmayıllı rayonunda, digəri isə Bakının mərkəzində yerləşir. Lakin İvanovka məhsullarının əhali arasında öz keyfiyyətinə görə populyarlıq qazandığını görən bəzi işbaz sahibkarlar, "İvanovka" brendindən istifadə edərək öz məhsullarını bazara çıxarırlar.

"Hazırda İvanovka brendi altında çoxlu keyfiyyətsiz məhsul istehsal edilir. Onların qiymətləri hətta maya dəyərindən aşağıdır. Qeyri-sağlam rəqabətlə bağlı bütün məsələlərlə bizim hüquqşünaslar və dövlət standartına məsul olan qurumlar məşğul olacaq. Biz mütləq öz məhsullarımızı brendləşdirəcəyik" - deyə kolxozun rəhbəri bildirib.

Bununla yanaşı, son günlər KİV-də İvanovkanın Bakıdakı mağazasının bağlanması ilə bağlı məlumatlar yayılıb. Lakin Novoseltsev birmənalı surətdə bu məlumatları təkzib edib. Bildirib ki, sadəcə mağazanın satıcıları dəyişdiriləcək.

O, qeyd edib ki, özbaşına bu cür qərarlar qəbul etmək səlahiyyətinə malik deyil, çünki ticarət obyekti kolxozun mülkiyyətidir. Onun sözlərinə görə, bu barədə qərarları ümumi iclas, nəzarət və icra şuraları verir.

Novoseltsev Bakıdakı İvanovka mağazasının rentabelli olmadığı barədə bəyanatlara da münasibətini bildirib.

"Kolxoz İvanovka əhalisini tamamilə ərzaq məhsulları ilə təmin edir, artıq qalan məhsul isə mağazada satışa çıxarılır. Lakin kəndlilər sənaye miqyaslı ərzaq məhsulları istehsal edə bilmir. Rentabelli olmamaq barədə söhbətlər də buradan qaynaqlanır. Amma bu gün kolxozda günəbaxan yağı, süd məhsulları istehsal edilir, çörək bişirilir, un üyüdülür. Digər məhsullara gəlincə, mağaza onları özəl sektordan alır" - deyə kolxoz sədri bildirib.

Novoseltsevin sözlərinə görə, kolxoz mənfəəti artırmaq niyyətindədir. Bu səbəbdən də perspektivdə istehsal ediləcək məhsulların çeşidini artıracaq və hətta öz məhsullarını reklam edəcək.

5398
Teqlər:
kolxoz, qanun, brend, kənd təsərrüfatı məhsulları, İsmayıllı, İvanovka
Əlaqədar
İlham Əliyev İsmayıllı sakinlərini sevindirdi
İsmayıllı silkələndi
Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə
İsmayıllı dağlarında keçi axtaran oğlanlar brend pencəkli mumiya ilə qarşılaşıblar
Fransa Senatının binası, arxiv şəkli

Fransadan mükafat almış elm mədəniyyət xadimləri bu ölkənin mövqeyinə etiraz ediblər

2
(Yenilənib 20:19 01.12.2020)
Azərbaycan Respublikasının bir sıra elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.

BAKI, 1 dekabr — Sputnik. Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:

"Biz - fərqli illərdə Fransanın mükafatlarına layiq görülmüş Azərbaycanın mədəniyyət xadimləri və təhsil işçiləri - bu mükafatlarla fəxr edirdik, çünki bu mükafatlar bizim üçün dünyaya bu qədər gözəllik bəxş edən bir ölkənin simvolu idi!

Biz Rable, Molyer, Volter, Hüqo və s. bu kimi dahi yazıçı və filosofların təmsil etdikləri fransız ədəbiyyatının şərəf, bərabərlik, sülh və ədalət kimi ən ali və ümdə məfhumlar uğrunda mübarizə apardığını həmişə xatırlamışıq.

Xüsusilə qeyd etmək istərdik ki, bu dəyərlərə olan hörmətimiz təsadüfi deyil, belə ki, Azərbaycanda ədalət və bərabərlik prinsipləri, hörmət və sülh, şərəf və ləyaqətin qorunması yaşam tərzinin təməlidir. Əsrlər boyu Azərbaycan bütün bölgənin mədəniyyət mərkəzi, eləcə də bir çox millət və din mənsublarının yüzilliklər boyu yanaşı yaşayaraq dinc şəkildə, çiyin-çiyinə fəaliyyət göstərdikləri ev olmuşdur. Məhz bu mədəniyyətlərin sintezi ölkəmizin misilsiz mədəni irsinin yaranmasına səbəb olmuşdur və bu gün Azərbaycan dünyanın ən çoxmədəniyyətli və çoxkonfessiyalı ölkələrindən biridir. Təsadüfi deyil ki, 2016-cı ilin oktyabrında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə kimi yüksək qiymətləndirmişdi. BMT Baş Assambleyasının qərarına əsasən, 2017-ci ildə hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq üçün əsas qlobal platforma hesab edilməsi də bunu bir daha sübut edir.

Müsəlman icması ilə yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları da cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir Ölkəmizdəki bütün abidələr və dini binalar, eləcə də məscid və kilsələr Azərbaycan dövləti tərəfindən tam qorunur və mütəmadi olaraq restavrasiya olunur. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.

Azərbaycan təkcə ölkə daxilində deyil, həm də bütün dünyada mədəni irsin qorunmasına öz töhfəsini verib. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən işlər arasında Luvr və Versal sarayında aparılan renovasiya işlərini, Fransanın Orne departamentinin Sen-İler, Frene-o-Sovaj, Sen-İler-la-Jerar, Tanvil, Kurjo, Reveyon və Mal yaşayış məntəqələrində yerləşən X-XII əsrlərə aid yeddi kilsənin bərpasına dəstəyi, həmçinin Fransada XIV əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin, o cümlədən Vatikandakı Müqəddəs Sebastyan, Müqəddəs Marsellino və Müqəddəs Pyetro katakombalarının bərpasını qeyd etmək olar.

Bu gün Azərbaycan öz inkişafının ən vacib və tarixi mərhələlərindən birini yaşayır. İkinci dünya müharibəsi zamanı Fransa başqa bir ölkənin işğalı altında olduğu kimi, bizim ərazilərimizin də bir hissəsi 28 il idi ki, Ermənistan tərəfindən işğal edilmişdi. On minlərlə insan öldürülüb, bir milyona yaxın Azərbaycanlı etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini itirib və qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsində ifadə edilmiş ölkələrin ərazi bütövlüyünə əsaslanan 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan işğalçı qoşunlarının Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Lakin 30 ilə yaxın idi ki, bu qətnamələrin heç biri yerinə yetirilmirdi.

Bütün bu işğal illərində hər gün insanlarımız həlak olur, qədim mədəniyyət abidələrimiz qərəzli şəkildə məhv edilir, neçə-neçə şəhər büsbütün xarabalığa çevrilir, bizim dünya ictimaiyyətinə kütləvi mədəni soyqırımın dayandırılması barədə etdiyimiz çoxsaylı müraciətlərimiz isə cavabsız qalırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım törədib və bir gecədə 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qoca olmaqla, 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirərək param-parça ediblər. 1275 mülki şəxs əsir götürülüb (onlardan 150 nəfərin taleyi hələ də məlum deyil), 475 vətəndaş əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə iki valideyndən birini itirib. Xocalı şəhəri yerlə yeksan edilib. Artıq bir sıra dünya ölkələri dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımını tanımışdır.

Bu günlərdə isə ədalət zəfər çalıb və Fransa İkinci dünya müharibəsi əsnasında etdiyi kimi, biz də torpaqlarımızı erməni işğalından azad edib BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın bütün ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa edə bildik. Müharibənin ilk günlərindən Azərbaycan öz dövlət sərhədlərini bir santimetr də keçməmiş və bütün döyüş əməliyyatları birbaşa ölkəmizin ərazisində aparılmışdır.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq, şəhər və kəndlərimizin bütün dünyada qadağan edilmiş silah növləri ilə bombardman edilməsinə və ərazilərimizin atəşə tutulmasına baxmayaraq, müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin incisi, tarixi-memarlıq qoruğu, muğamın və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin doğulduğu yer - Şuşa şəhərini azad etməyə müvəffəq oldu.

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Şuşa sakinlərinin 98%-ni Azərbaycanlılar təşkil edirdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında sülh bəyannaməsi imzalanmışdır. Bu bəyannamənin şərtlərinə əsasən, işğalçı qüvvələr öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tədricən çıxarmaq barədə öhdəlik götürməyə məcbur oldu. Mülki insanlar isə artıq öz evlərinə qayıtmaq şansı əldə ediblər.

Bu gün bütün dünya otuz illik erməni işğalının dəhşətli nəticələri ilə əyani şəkildə tanış ola və vəhşicəsinə məhv edilmiş şəhər və kəndləri, yandırılmış meşələri və dağıdılmış torpaq sahələrini, eləcə də dünya mədəni irsinin nümunələri olan tarixi mədəniyyət və memarlıq abidələrini, habelə xarabalığa çevrilmiş dini binaları görə bilər.

Azad edilmiş ərazilərdə demək olar ki, bütün məscidlər, hətta pravoslav kilsəsi belə dağıdılıb və ya murdarlanıb.

Azərbaycan Respublikasının rəhbərliyi (konfessional mənsubiyyətlərindən asılı olmayaraq) dağıdılmış bütün ərazilərin, şəhər və kəndlərin, eləcə də mədəniyyət abidələrinin və dini obyektlərin bərpa ediləcəyini bəyan edib.

Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzə daha əvvəl heç bir şəkildə reaksiya verməyən Fransa Senatının və onun elitasının mövqeyi, habelə kukla rejiminin müstəqilliyini tanımağın zəruriliyinə dair birmənalı şəkildə qərəzli qərar qəbul etməsi bütün Azərbaycan ictimaiyyətində qəzəb və hiddətə səbəb olmuşdur.

Xüsusilə təəccüblüdür ki, Fransa BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməyə səs verən ölkələrdən biridir.

Biz səmimi qəlbdən inanırdıq ki, Fransa Respublikasının dəyərləri yalnız bu ölkənin yaxın müttəfiqlərinə deyil, həm də dünya ölkələrinə şamil olunur. Lakin qəbul edilmiş bu qərar ikitərəfli münasibətlərimizin uğurlu gələcəyi üçün ciddi təhlükə yaradır. İndi Azərbaycanın mədəniyyət xadimləri üçün ölkə ictimaiyyətini Fransa ilə əlaqələrimizi inkişaf etdirməyin məqsədəuyğun olduğuna inandırmaq çətin olacaq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan şərqin ilk demokratik respublikasıdır və yeri gəlmişkən, ölkəmiz Fransadan çox əvvəl qadınlara səsvermə hüququ verib.

Respublikamızın himninin müəllifi, Qarabağda dünyaya göz açmış Üzeyir bəy Hacıbəyov Şərqdə ilk operanın müəllifidir. Onun "Arşin Mal Alan" operettası 4 iyul 1925ci il tarixində Parisin Yelisey sarayındakı "Femina" teatrında fransız dilində səhnələşdirilib. İlk balet, eləcə də Şərqin ilk balerinası da məhz Azərbaycan səhnəsinə çıxıb. Bu siyahını sonsuza qədər uzatmaq olar.

Biz başa düşürük ki, Fransada güclü erməni diasporunun olması vacib amildir, lakin Fransa kimi bir dövlətin rəsmi mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ədalət və dövlət məsuliyyəti prinsiplərinə əsaslanmalıdır.

Fransanın mədəniyyət xadimləri tərəfindən imzalanmış müraciətlə tanış olduqdan sonra belə görkəmli sənət nümayəndələrinin lazımi tədqiqatlar aparmadan erməni təbliğatının alətinə çevrilməsi bizi kədərləndirir. Təəssüf ki, belə qeyri-peşəkar yanaşma onların nüfuz və qərəzsizliyinə də kölgə salır.

Biz Fransanın hakimiyyət orqanlarının nümayəndələrini və mədəniyyət xadimlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət etməyə və erməni işğalçıları tərəfindən törədilən dağıntıları və vandalizmin miqyasını yerində görməyə çağırırıq. Güman edirik ki, o zaman sizin fikrinizin ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə söykənəcək.

Tahir Salahov, "Fəxri Legion" ordeni (Zabit dərəcəsi)

Fərhad Bədəlbəyli, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Ramiz Abutalıbov, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Sevda Məmmədəliyeva, "İncəsənət və ədəbiyyat" ordeni (Zabit dərəcəsi)

Fərhad Xəlilov, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Çingiz Fərzəliyev, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Səməd Seyidov, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Hicran Hüseynova, "Fəxri Legion" ordeni (Zabit dərəcəsi)

Fəxriyyə Xələfova, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Çəmən Babaxanova, "Akademik palma" ordeni, (Kavaler, Zabit dərəcələri)

Azelma Həsənova, "Akademik palma" ordeni, (Kavaler, Zabit dərəcələri)

Röya Tağıyeva, "İncəsənət və ədəbiyyat" ordeni (Zabit dərəcəsi)

Zöhrə Əliyeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Gülbəniz Camalova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Afaq Quliyeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Murad Hüseynov, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Gülnarə Sadıxova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Reyhan Hüseynova, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Tahirə Cabbarova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Elmira Fərəcullayeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Soylu Xəlilova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Məhərrəm Orucov, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Rəfiqə İsayeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)".

2
Azərbaycan bayrağı, arxiv şəkli

ƏSA Teatrının kollektivi xalqımızı belə təbrik etdi - VİDEO

2
(Yenilənib 20:16 01.12.2020)
ƏSA Teatrının kollektivi videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür ediblər.

BAKI, 1 dekabr — Sputnik. Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.

2
Teqlər:
xalq, təbrik, ƏSA Teatrı