CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bir qrup şəxsi təltif etdi

Abunə olmaq
İlham Əliyev Geologiya və Geofizika İnstitutunun əməkdaşları ilə bağlı sərəncam imzaladı

BAKI, 13 noyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Quliyev Hətəm Hidayət oğlu

“Əməkdar mühəndis”

Babazadə Oqtay Baba oğlu

İsrafilov Yusif Həbib oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Əliyev Adil Abas Əli oğlu

“Tərəqqi” medalı ilə

Abdullayeva Rasimə Rəşid qızı

Biryukova Larisa Nikolayevna

Rzayev Azay Qurbətoviç

Vəliyev Zəki Abdulla oğlu

Vəliyeva Vəsilə Aslan qızı

Zöhrabova Vəcihə Ramazan qızı.a

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Kəngərli Tələt Nəsrulla oğlu

Muxtarov Abdulvahab Şərif oğlu.

 

Xəbər lenti
0