CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məşhur cərrahlar arasında qalmaqal yaşanır

© AFP 2023 / ANNE-CHRISTINE POUJOULATОперации на молочной железе, фото из архива
Операции на молочной железе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər dost olan estetik cərrahlar bir-birini ittiham edirlər

BAKI, 13 noyabr — Sputnik. Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib.

© REPORTSiruz Qoçxani və Pərviz Əhmədov
Azərbaycanda məşhur cərrahlar arasında qalmaqal yaşanır - Sputnik Azərbaycan
Siruz Qoçxani və Pərviz Əhmədov

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən estetik cərrah Siruz Qoçxani bildirib ki, həmkarı Pərviz Əhmədov cərrahi əməliyyatlardan əvvəl və sonra çəkilən və ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

S.Qoçxani Baku Medical Plaza xəstəxanasında çalışır. Əvvəllər S.Qoçxani və P.Əhmədov arasında münasibətlər yaxın olub.

Qeyd edək ki, hər iki həkimin adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Xəbər lenti
0