Elektrik fənəri

"Azərişıq" ASC-dən abonentlərə xoş vəd

764
(Yenilənib 11:22 13.11.2018)
Qış aylarında istehlakçılar keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq

BAKI, 13 noyabr — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən qışa hazırlıqla əlaqədar olaraq bütün yarımstansiyalarda cari təmir işləri başa çatdırılır. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-dən məlumat verilib.

Yüksək gərginlikli elektrik dirəkləri
© Sputnik / Igor Onuchin

Bildirilib ki, elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində baş verəcək qəzaların aradan qaldırılmasına hazırdır: "Silsilə və kompleks tədbirlər nəticəsində "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər də azaldılıb. 2018-ci ilin 9 ayının yekununa görə bu itkilər 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü bu ilin sonunadək 12900 meqavoltamperə çatdırılacağı proqnozlaşdırılır".

"Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb. Beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb. Yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb" - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2062 ədəd 10-6 kV-luq YS inşa edilib, 29400 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib: "Regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib".

764
Teqlər:
elektrik enerjisi, "Azərişıq" ASC, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
Əlaqədar
Küçələrin işığına qənim kəsilənlər tutuldu
Şəhərin işıqforları ilə bağlı nə baş verir - BNA aydınlıq gətirdi
Abşeronun bir hissəsi işıqsız qalacaq