Yük avtomobili, arxiv şəkli

Yol Polisi yük avtomobili sürücülərinə sərt xəbərdarlıq etdi

92
Noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürücülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilib

BAKI, 12 noyabr — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri və sürücülərinə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə xatırladılıb ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabr ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub: “Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürücülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilib.

Bununla əlaqədar məhdudiyyətin tətbiq edildiyi müddət ərzində paytaxta daxil olan maksimum kütləsi 5 tondan artıq olmayan yük avtəmobilləri sahiblərindən və sürücülərindən xahiş olunur ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimum kütlə göstəricisinin olub-olmamasına bir daha diqqət yetirsinlər, belə gösrəricilərin qeyd edilmədiyi təqdirdə yük avtomobillərinin girişini qadağan edən vaxt məhdudiyyəti tətbiq edilmiş yol nişanlarının təsir zonasına daxil olarkən inzibati məsuliyyətə cəlb edilməmələri üçün həmin avtomobilin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan bölümlərinə müraciət etsinlər”.

92
Teqlər:
xəbərdarlıq, yük avtomobili, sürücü, Baş Dövlət Yol Polisi İdarəsi
Əlaqədar
Yol polisi kütləvi reydlər keçirir
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Yol polisi sürücülərə xəbərdarlıq edir: Geciksəniz, cərimə ediləcəksiniz
Yol polisi sürücülərə müraciət etdi
Yol polisi sürücülərə xəbərdarlıq edib
Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

20
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

20
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir
Hamilə qadın əməliyyat otağında

Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu

169
(Yenilənib 23:15 10.08.2020)
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb

BAKI, 10 avqust — Sputnik. Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.

Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.

Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.

“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib. 

Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

169
Əlaqədar
Otuz ildən sonra! Artıq körpələr başqa yolla doğulacaq
Səhv düşəndə yerimiz: hamilə qala bilməyən qadın kişi çıxdı
Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: onların tənbehini payızda verəcəklər
Azərbaycanlı kişilərə də günəş doğur: xanımınıza görə dincələ bilərsiniz
Həkimlər özləri bilmirlər: süd vermək qərarını analara həvalə etdilər