ABŞ dolları

Azərbaycandan külli miqdarda valyuta çıxarmaq istədilər

18
(Yenilənib 17:12 12.11.2018)
Yoxlama zamanı vətəndaşın üzərində 20000 ABŞ dolları aşkar edilib

BAKI, 12 noyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

18
Teqlər:
İran, valyuta, Gömrük İdarəsi
Əlaqədar
Dövlət Gömrük Komitəsi Ermənistan mənşəli kartofla bağlı açıqlama yaydı
Dövlət Gömrük Komitəsindən sərt açıqlama: Zavallı bəylər və xanımlar
Ölkədən külli miqdar valyuta çıxarılmasının qarşısı alındı
Gömrük Komitəsi "yük maşınları problemi"nə rəsmi münasibət bildirdi