Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob

Azərbaycan gənclərindən ailələrlə bağlı orijinal fləşmob

9273
(Yenilənib 17:18 16.11.2018)
Bu fləşmob onu izləyən vətəndaşlar arasında böyük maraqla qarşılanıb

BAKI, 10 noyabr - Sputnik. Ölkə gəncləri ailələrin qorunması, boşanma mədəniyyətinin bərqərar olması və uşaqlara alimentin ödənməsi ilə bağlı şüarları əks etdirən orijinal fləşmob keçiriblər.

Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob
© Sputnik / Shahperi Abbasova
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob

Flaşmob "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində reallaşıb.

Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob
© Sputnik / Shahperi Abbasova
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Gəncədə keçirilən fləşmob

Paytaxt və regionlardakı gənclər əhalinin sıx toplaşdığı küçə, meydan və xiyabanlarda üzərində “Ailəni qoru!”, “Ən gözəl ailə, bizim böyük ailəmizdir!”, “Ailəni sev və anlayış göstər!”, “Ailənə əl qaldırma!”, “Ailəni dağıtma, uşaqlarını yetim qoyma!”, “Alimenti vaxtında ödə, uşağın buna möhtacdır!”, “Uşaqların göz yaşı sənin eqondan qiymətlidir!”, “Ailələr dağılmasın, uşaqlar boynubükük qalmasın!” və digər şüarların yazıldığı plakatları tutaraq dolaşıblar.

Klassik Azərbaycan ailə modelinin təbliği layihəsi çərçivəsində Qaxda keçirilən fləşmob
© Sputnik / Shahperi Abbasova
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində Qaxda keçirilən fləşmob

Bu fləşmob onu izləyən vətəndaşlar arasında böyük maraqla qarşılanıb.

9273