Pul sayan qadın, arxiv şəkli

“Yeni doğulan uşaqlara görə təyin edilən müavinətin artırılması nəzərdə tutulur”

166
(Yenilənib 19:41 08.11.2018)
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vəd verib

BAKI, 8 noyabr — Sputnik. “Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin bu gün keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

“Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir. Müavinətləri haqqı çatan ailələlər almalıdır” — deyə o bildirib.

166