Yeni sərnişin avtobusları

Paytaxtda yeni avtobuslar xəttə buraxılacaq

95
(Yenilənib 19:21 08.11.2018)
Yeni avtobuslar noyabrın 10-dan xəttə buraxılacaq

BAKI, 8 noyabr — Sputnik. 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD" MMC ilə bağlanan müqaviləyə xitam verilib.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "Çinar-Trans" MMC-yə həvalə edilib.

Qeyd edək ki, noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə "Çinar-Trans" MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.

 

95