Sahil stansiyası

Metrodan istifadə edənlər üçün xoş xəbər verildi

352
(Yenilənib 16:21 08.11.2018)
"Bakı metrosunun "Bənövşəyi xətti"nin stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır"

BAKI, 8 noyabr — Sputnik. "Hazırda "Bakı Metropoliteni" QSC-nin III – "Bənövşəyi xətt"inin tikintisi davam etdirilir və bu ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur".

"Report"un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

"Burada çətinlik ondan ibarətdir ki, metropolitenin baş layihəçisi — Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə "Bakımetrolayihə" institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. "Bənövşəyi xətt"in digər stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır", — deyə o qeyd edib.

352
Əlaqədar
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Metro ilə gedənlər üçün önəmli xəbər
Metro pulsuz oldu – İlginc səbəb
Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar...
Bakıya yeni gətirilən metro qatarında hamımıza maraqlı olacaq yenilik