Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Basqalla bağlı mühüm sərəncam imzaladı

80
(Yenilənib 18:31 07.11.2018)
İsmayıllının Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi tikiləcək

BAKI, 7 noyabr — Sputnik. Prezident İlham Əliyev noyabrın 7-də “İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

80
Teqlər:
Basqal, məktəb, Sərəncam, Prezident İlham Əliyev, İsmayıllı rayonu
Əlaqədar
Məktəb çantasının ağırlığı nə qədər olmalıdır?
Lahıcda yeni məktəb binası istifadəyə verildi
Ucqar kəndlərdə yaşayan şagirdlərə məktəb ləvazimatları hədiyyə edilib
Ekspert: “Orta məktəb məzunlarının peşə təhsilinə marağı azdır”
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb

13
(Yenilənib 14:31 04.03.2021)
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

 

BAKI, 4 mart — Sputnik. Martın 3-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,272 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan-ın "Koronavirusinfo.az"a istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

13
Mədəniyyət naziri Anar Kərimovun  İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşü

Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb - FOTO

234
(Yenilənib 13:41 04.03.2021)
İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri İstanbulda davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbul şəhəri Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digər sənətçi soydaşlarımız qatılıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Qeyd edək ki, martın 3-də Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə "Mask-Kara" teatrı tərəfindən hazırlanmış "Kimdir müqəssir" tamaşasının premyerası da keçirilib.

Nazir Anar Kərimov və nümayəndə heyətinin üzvləri tədbirlərdə iştirak edib. Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

https://www.facebook.com/mct.gov.az/posts/1113886482385746

234
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycan bölgədə yeni mərhələnin qapılarını açıb"

1
(Yenilənib 16:09 04.03.2021)
Türkiyə prezidenti: Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə tam həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı addımlara regional sabitliyin yanında olacağına ümid edirik

BAKI, 4 mart — Sputnik. Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb:

"Təşkilat olaraq Azərbaycanla tam həmrəylik içərisində olacağımıza inanıram. Bundan sonra başlıca hədəfimiz Qarabağda sülh və təhlükəsizliyin təmin olunmasına yardımçı olmaq, 30 illik işğalın yaratdığı fəsadları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycan ilə tam həmrəy olacağımıza inanıram. Ermənistanın da atacağı addımlara regional sabitliyin yanında olacağına ümid edirik".

1
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan