Молодая пара в постели, фото из архива

Sevgi haqqında bəlkə bilmədiyiniz faktlar...

468
(Yenilənib 18:28 05.11.2018)
Seksual əlaqə zamanı orqanizm xoşbəxtlik hormonu - endorfin istehsal edir

BAKI, 6 noyabr — Sputnik. Həyatın intim tərəfi bir çox insan üçün böyük əhəmiyyət daşıyır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insanlar intim münasibətlərdən həzz alır, həyatı daha maraqlı etməyə çalışırlar.

Ancaq intim həyatın hamıya bilinməyən tərəfləri də var.

Seks xəstəlikləri sağaldır. Seks baş ağrısı, infeksion xəstəliklər, soyuqdəymə, immunitetin aşağı düşməsi, piylənmə və s. sağlamlıq problemlərini aradan qaldırır. Seks xarakteri düzəldir. Əbəs yerə deməyiblər ki, bütün mübahisələr yataqda bitir. İnsanlar müntəzəm seksual həyatdan zövq alır. Və əksinə, seksdən məhrum olmuş kişi və qadınlar isterik, qəddar ola bilirlər.

Seks yuxunun yaxşı olmasını tənzimləyir. Seksual əlaqə zamanı orqanizm xoşbəxtlik hormonu - endorfin istehsal edir. Bu maddə sakitləşməyə, rahat olmağa səbəb olur. Eyni zamanda, oksitosin hormonu xaric edilir ki, bu da yuxu gətirir. Buna görə də çox zaman qadın və kişilərə seksdən sonra yatmaq rahat olur.

Seks gəncliyi uzunömürlü edir. Müntəzəm seksual həyatı olan insanlar daha gənc görünürlər.

Seks kompleksləri bitirir. Bu, kişi və qadınlar üçün eynidir. Seks qadına və kişiyə özünü sevimli və arzulanan hiss etdirməyə imkan yaradır.

Seks yaddaşı gücləndirir. Cinsi əlaqə qan dövranını gücləndirir. Və beləliklə beyin və digər daxili orqanlar qanda olan oksigeni daha tez qəbul edir.

Sekslə 18-20 yaşından başlamaq olar.

Seks insanlar arasında səmimiyyət yaradır. Alimlər müəyyən edib ki, daimi bir yerdə yaşayan cütlüklər arasında sirr olmur. Bütün mövzularda danışa bilirlər.

Seks sizin tərəf müqabiliniz üçün ən gözəl hədiyyədir. Əgər siz onu sevindrimək və mükafatlandırmaq istəyirsinizsə, bir neçə saat ehtiraslı və incə seks saatları və ya gecəni ona həsr edə bilərsiniz. Yaxşı olar ki, bu zaman bütün fantaziyalar həyata keçirilsin.

Keyfiyyətli intim həyat insanların bir-birinin çatışmayan xüsusiyyətlərinə göz yumub, bir yerdə yaşaması üçün vacib olan 3 səbəbdən biridir.

Seks dünyada daha məşhur olan zövqlərdəndir.

Normal cinsi əlaqənin müddəti ön sevişmə də daxil olmaqla 10-15 dəqiqə olmalıdır.

Mütəxəssislərə görə, normal cinsi əlaqə həftədə 2-4 dəfə olmalıdır.

468
Teqlər:
intim, seks, sevgi
Əlaqədar
İranlılara qarşı “sevgi” yol müfəttişinə baha başa gəldi
Güclü sevgi də zərərli imiş
Bakıda "sevgi yuvaları": Ərəblər oraya qrup halında gəlirlər
Afaq Aslan Lotu Quli ilə sevgi münasibətlərindən danışdı
Bakıda sevgi faciəsi: Toyundan bir həftə əvvəl qarajda başqa qadınla öldü - FOTO
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

2
"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.

2
Yemək, arxiv şəkli

Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq

710
(Yenilənib 16:39 06.05.2021)
BMT-nin Qida Tullantısı İndeksi adlanan builki hesabatına görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə Azərbaycan bir çox ölkələri geridə qoyub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Dünya əhalisinin sayının artması bəzi ölkələrdə israfçılığa, bəzi ölkələrdə isə aclığa səbəb olur. Avstraliya, ABŞ və Türkiyə qida tullantısına görə dünyada ilk üçlükdə qərarlaşıb. BMT-nin hesabatına görə, illik olaraq 1,3 milyard ton qida tullantısı əmələ gəlir.

Yəni, illik olaraq 2,6 trilyard ABŞ dolları dəyərində qida tullantısı əmələ gəlir. Hansı ki, bu vəsait, bu qədər qida tullantısı ilə 815 milyon ac insanı doyurmaq mümkündür.

Bəzi ölkələrdə restoranlarda qidaların tullantısı qadağandır. Bunun üçün müştərilər cərimə olunurlar. Artıq bununla bağlı olaraq Çin də qərar qəbul edib. Bəzi ölkələr isə qida tullantılarından gübrənin hazırlanması prosesində istifadə edirlər. Bu məqsədlə orqanik gübrələr də istehsal olunur.

Qida tullantılarının geri çevrilməsi ilə ətraf aləmin çirklənməsinin də qarşısı alınmış olur. Çünki qida tullantıları həm də gərəkli, faydalı torpaq qatının yoxa çıxması hesab edilir. Bu qida tullantılarından gübrə məqsədilə istifadə etməklə həm də torpaq qatının daha da zənginləşməsinə nail olmaq olar.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, tullantı qidalar bir ölkə olsaydı, istixana qazı emissiyalarına görə dünyada ABŞ və Çindən sonra üçüncü olardı. Bu problemə ən böyük töhfəni kim verir? İnkişaf etmiş ölkələrdə xüsusən qida tullantılarının həcmi daha çox olur. Bu gün xüsusən də Amerikda qida tullantılarının həcmi yüksək səviyyədə qalır.

Dünyada qida tullantılarından müxtəlif məqsədlər üçün istifadə olunur. Statistikaya görə, illik olaraq 20 milyon ton qida zibil olaraq tullanır.

Qida tullantılarının həcmini azaltmaq, tullantıları faydalı şəkildə idarə etməklə həm də yeni iş yerləri yaratmaq, enerjiyə qənaət etmək və iqlim dəyişikliyinin qarşısını almaq mümkündür.

Azərbaycandakı vəziyyətə gəlincə, ölkəmizdə illik olaraq adambaşına 93 kiloqram qida zibilliyə atılır. Bu barədə BMT-nin Qida Tullantısı İndeksi adlanan bu il açıqlanan hesabatında məlumat verilib. Hesabata görə, Azərbaycanda illik olaraq toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcminə görə, Azərbaycan bir çox ölkələri geridə qoyub.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərcləri məhz ərzaq məhsullarına çıxır. Dövlət Statistika Komitəsinin məlumatı da bunu təssdiqləyir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclərdəki payı isə 48,6 faiz olub.

BMT-nin son açıqlanan hesabatına görə, il ərzində 931 milyon ton qida məhsulu zibil kimi tullanır. Bu isə illik qida məhsullarının 17 faizinin israfı deməkdir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkir.

"Azərbaycanda da poliqonların qida tullantıları ilə aşıb-daşmasının qarşısını necə almaq olar?" sualına cavab olaraq millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında qida tullantısı ilə bağlı durum və görülən işlərdən danışıb:

"Yediyimiz çörəyin bir qisminin boyat olaraq tullandığının şahidiyik. Təəssüflər olsun ki, çörək və digər qida məhsulları israfçılığın qurbanı olur. Bunun üçün maarifləndirmə işlərini daha da çoxaltmalıyıq. İnsanlar yediyi qədər ərzaq, çörək almalıdır. Restoran və kafelər də həmçinin, onlar da lazım olan qədər ərzaq almalıdırlar".

"Düşünürəm ki, biri digərinin qidasına nəzarət edə bilməz. Sadəcə olaraq maarifləndirmə işlərini gücləndirmək lazımdır. Uşaq bağçaları, məktəblərdə bu cür maarifləndirmə işlərini gücləndirmək lazımdır. Çünki bu şəxslər gələcəkdə cəmiyyəti idarə edən şəxslərə çevrilirlər", - deyə o əlavə edib.

O bildirib ki, Gəncədə tullantıların təkrar emalı ilə bağlı zavodun tikintisi planlaşdırılır: "Bu zaman çoxlu enerji, gübrələr də istehsal etmək mümkün olur. Bu layihə çox böyük vəsait tələb edir. Düşünürəm ki, əksər regionlarda belə layihə icra olunacaq".

Millət vəkili deyir ki, israfçılığın səbəbləri müxtəlifdir:

"İnsanlar yaşlandıqca anlayırlar ki, nə qədər israfçılığa yol veriblər. Təəssüflər olsun ki, yeyilən çörəyin 3 qat artığı israf olunur. Digər tərəfdən isə nə qədər ac insanlar bu çörəklə qidalana bilərdi. Hazırda Ramazan ayıdır. Ramazan ayında əsas məqsədlərdən biri də budur ki, insanlar bərabər olsunlar, toxun acdan xəbəri olsun. 13-14 saat ac qaldıqdan sonra insanlar qonşuda tanıdığı, bildiyi, köməyə ehtiyacı olan birinə yardım etməyi, az yeməyi öyrənir və israfçılığın qarşısını alır". `

Restoran və kafelərin yerləşdikləri ərazilərdəki poliqonlara nəzər salaraq, biz bu qida israfını görə bilərik. Lakin onların bir neçəsi ilə əlaqə saxlasaq da, onlar qida israfına yol vermədiklərini, sifarişlərə uyğun məhsul satdıqlarını deyirlər.

Hər kəs özündən başlasa, yəqin ki qida israfının, çörək tullantısının qarşısını almaq mümkün olar...

710