CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ticarət mərkəzlərindəki kreslolara yaxın durmayın!

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidМассажные кресла
Массажные кресла - Sputnik Azərbaycan
Abunə olmaq
Masaj kreslolarının bəziləri elektromaqnit sahəyə malik olduğu üçün ürək çatışmazlığından əziyyət çəkən insanların həyatına təhlükə yaradır

BAKI, 6 noyabr — Sputnik. Ticarət Mərkəzlərində olan masaj kresloları iflicə səbəb ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu kreslolar standart ölçüdə hazırlandığı üçün insanların sağlamlığına zərər verə bilər.

Türkiyəli həkim Nurten Küçükçakırın fikrincə, kresloların bir standartı yoxdur. Bu səbəbdən də hündürboylu birinin kürəyinə edilən masaj, kiçik boylu birinin boynuna düşə bilər.

"Bu vəziyyət ağrını azaltmaq və rahatlamaqdan çox iflicə səbəb olan sağlamlıq problemlərinə yol aça bilər. Ucuz olduğu üçün çox adam bu kreslolardan istifadə edir. Bu da gələcəkdə böyük problemlərə səbəb ola bilər" - deyə o qeyd edib.

Onun sözlərinə görə, masaj doğru şəkildə edildiyi zaman müalicəvi faydaları olur. Səhv edildiyi zaman isə ciddi təhlükələrə yol aça bilir.

Həkim qeyd edib ki, 65 yaşından böyük insanlar və uşaqlar ümumiyyətlə bu oturacaqlardan istifadə etməməlidir: "Uşaqlar inkişaf etməkdə olan sümüklər var. Bu masaj kresloları onların sümüklərinə zərər verə bilər. Yaşlılarda isə sümük əriməsi ehtimalı böyük olduğu üçün bu kreslolar onlara zərər verə bilər. Masaj kreslolarının bəziləri elektromaqnit sahəyə malik olduğu üçün ürək çatışmazlığından əziyyət çəkən insanların həyatına təhlükə yaradır".

Xəbər lenti
0