Sahibsiz it

Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb

34
(Yenilənib 18:31 05.11.2018)
"Layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevamtik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 5 noyabr — Sputnik. Son vaxtlar paytaxtda sahibsiz itlərin sayı artıb. Paytaxt sakinləri sahibsiz itlərin sayının artmasından narahatlıqlarını dilə gətirirlər.

Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov yaranan vəziyyətlə əlaqədar Sputnik Azərbaycan-a açıqlama verib. O hazırda yeni bir layihə ilə əlaqədar olaraq belə heyvanlarla mübarizənin dayandırıldığını bildirib: “Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan “Toplan” Heyvanların İdarə Mərkəzi”nin hazırlanması ilə bağlı işlər davam edir. Layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevmatik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb. Sahibsiz heyvanların sığınacağı üçün yaradılan bu mərkəzdə çoxsaylı yuvalar olacaq”.

M.Hüseynov bildirib ki, bu işlər yekunlaşdıqdan sonra yenidən sahibsiz itlərlə mübarizəyə başlanılacaq: “Hələ ki, itlərin tutulması ilə bağlı heç bir haldan söhbət gedə bilməz. Heç itlərə yaxın getmirik. Quruculuq işləri ilə əlaqədar olaraq sahibsiz itlərlə mübarizəni müvəqqəti dayandırmışıq”.

34
Teqlər:
təşkilat, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, mübarizə, sahibsiz it
Əlaqədar
İt öz sahibini güllələdi
İt bilib aldı, amma başqa heyvan çıxdı
Sahibsiz it yenə camaatı təşvişə saldı
Azərbaycanda 240 mindən çox it quduzluğa qarşı peyvənd olunub
Bakıda evində 300 it saxlayan şəxs məhkəməyə verildi