CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlk sınaq imtahanlarının nəticəsi açıqlandı

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib

BAKI, 5 noyabr — Sputnik. Yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun olaraq, oktyabrın 28-də ölkənin 11 şəhər və rayonunda keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə və ya https://eservices.dim.gov.az/netsinaqnew/?frm=egov linkinə daxil olmaqla imtahanın nəticəsi ilə tanış ola bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

Qeyd edək ki, imtahanda şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Xəbər lenti
0