Stadler qatarı

Bakı-Sumqayıt qatarı əvvəlki qrafikə qayıdır

78
(Yenilənib 16:49 02.11.2018)
03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcək

BAKI, 2 noyabr — Sputnik. Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcək.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli
© ADY-nin mətbuat xidməti
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 09:17-də yola düşən 6012 elektrik qatarı saat 09:50-də yola düşəcək və Bakıya saat 10:32-də çatacaq; Sumqayıt stansiyasından saat 09:50-də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və Bakıya saat 11:42-də çatacaq.

78
Teqlər:
Azərbaycan Dəmir Yolları QSC, təmir, cədvəl, Bakı-Sumqayıt qatarı
Əlaqədar
Bakı-Sumqayıt qatarının sərnişinlərinin nəzərinə
Hindistanda qatar insanların üstündən keçdi, onlarla adam öldü - VİDEO
Tayvanda qatarın relsdən çıxması nəticəsində 17 nəfər ölüb - VİDEO
Qatarda qaşıq çatışmazlığı davaya səbəb oldu
Balakən-Bakı sərnişin qatarı yük maşını ilə toqquşub, xəsarət alan var