Daxili İşlər Nazirliyi

Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı

99
Ötən gün respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib

BAKI, 1 noyabr — Sputnik. Oktyabrın 31-də respublika ərazisində 10 yol nəqliyyat hadisəsi baş verib, iki nəfər dünyasını dəyişib, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, paytaxtda ötən gün 2 yol-nəqliyyat hadisəsi baş verib: “Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. “Daewoo” markalı avtomobil piyadanı vurub. Piyada dünyasını dəyişib. Digər yol-nəqliyyat hadisəsi isə Nəsimi rayonu, 28 May küçəsində baş verib. “Daewoo” markalı avtomobilin “İsuzu” markalı avtomobil ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb”.

99
Teqlər:
yaralanan, ölən, yol qəzası, Daxili İşlər Nazirliyi