Jurnalist Günay Yelmarqızı

Dənizkənarı Bulvar idarəsinə təyinat

561
(Yenilənib 16:26 01.11.2018)
Günay Yelmarqızı bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb

BAKI, 1 noyabr — Sputnik. Tanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a Günay Yelmarqızı özü məlumat verib.

Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb. 2002-ci ildən televiziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

561
Teqlər:
jurnalist, təyinat, mətbuat katibi, Dənizkənarı Bulvar İdarəsi
Əlaqədar
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda məşəli qəbul edib
Dənizkənarı Bulvar İdarəsinə yeni rəis təyin olunub
Dənizkənarı istirahət məkanları müflis olub
Dənizkənarı Bulvar İdarəsinin işində ciddi pozuntular tapılıb
Dənizkənarı Bulvar İdarəsi özünə istədiyi qədər avtomobil ala bilər - RƏSMİ