YPX əməkdaşı sürücünün sənədlərini yoxlayır

Sürücülərin diqqətinə: Yol hərəkəti qaydalarında yeni incəlik meydana çıxıb

10439
(Yenilənib 18:45 30.10.2018)
Deputat: "Qərarın birbaşa qaydada mərkəzi informasiya bankına ötürülməsi zamanı yol polisi sürücüyə yaxınlaşmamalıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Bir müddət əvvəl sürücü barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi. Yəni artıq sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

Həmin elektron qərar yalnız real vaxt rejimində tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi, kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad ediləcək.

Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.

Maraqlıdır, sürücü haqqında elektron qərar tərtib edilibsə, yol polisi əməkdaşı sürücü ilə canlı təmas qurmalı, sürücünü yolda saxlamalıdırmı? Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov deyib ki, elektron qərar tərtib edilsə belə, Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücüyə yaxınlaşıb, inzibati xətası barədə məlumat verə bilər: "Ancaq baxır, hansı qərardan söhbət gedir. Məsələn, sürücülük vəsiqəsinin müddəti bitə bilər və ya sürücülük vəsiqəsi əvəzinə müəyyən sənəd verilmiş ola bilər. Ya da texniki baxışla bağlı müəyyən problemlər ola bilər ki, belə hallarda YPX əməkdaşı sürücüyə yaxınlaşa bilər".

"Amma bəzi hallar var ki, məsələn, qərarın birbaşa qaydada mərkəzi informasiya bankına ötürülməsi zamanı yol polisi sürücüyə yaxınlaşmamalıdır. Bu, əsasən, radara düşmə halları ilə bağlı olur" - deyə deputat bildirib.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, artıq ölkədə "elektron protokol" adlı anlayış yoxdur: "Belə ki, bir müddət əvvəl bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Elektron cihazlar, foto və video vasitəsilə xüsusi olaraq qeydə alınan bütün inzibati xətalar elektron qərar adlanır. Və bu qərar hər bir halda sürücüyə çatdırılmalıdır. Kağız daşıyıcı da sürücüyə çatdırılandan 20 gün müddətində sürücü hər hansı bir şikayət etmirsə, qərar qüvvəyə minir. Və müddət hesablanmağa başlayır".

Muradlının sözlərinə görə, bu zaman sürücüyə 10 gün faiz gəlmədən ödəmə imkanı verilir: "Məsələn, sürücüyə 60 manat cərimə yazılıbsa, o, 10 gün müddətində 54 manat ödəməlidir. Bundan başqa, sürücüyə 1 ay müddətində yazılan cəriməni faizsiz olaraq ödəmə imkanı verilir. Sonrakı 1 ay ərzində ödənmədikdə, üzərinə faiz gəlməyə başlayır. Ümumilikdə, 2 ay müddətində ödənilmədikdə isə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar çıxarılır. Nəqliyyat vasitəsi dayandırılır və cərimə meydançasına aparılır".

Ekspert onu da qeyd edib ki, əgər qərar sürücüyə kağız şəklində çatırılmayıbsa, YPX əməkdaşı avtomobili saxlayıb, elektron qərarları kağız şəklində çıxararaq sürücüyə təqdim edə bilər: "Həmçinin, yol polisi əməkdaşı hər hansı bir elektron qərarla bağlı sürücünü saxlaya, sürücüyə xəbərdarlıq edə bilər".

10439
Teqlər:
cərimə, elektron qərar, sürücü, elektron protokol, yol polisi, YPX
Əlaqədar
DYP Bakıda kütləvi reydlərə başladı – VİDEO
DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi
Yol polisi sürücülərə müraciət etdi
Yol polisindən sürücülərə SMS xəbərdarlığı
Dövlət Yol Polisindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq
Bakıya gələn avtomobilləri DYP postunda saxlayıblar
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar