Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident vergilərlə bağlı dəyişikliklərin tətbiqinə qərar verdi

901
(Yenilənib 15:14 31.10.2018)
Dövlət başçısı Vergi Məcəlləsində dəyişiklik edilməsinə yönəlik sərəncam imzalayıb

BAKI, 31 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1250-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1250-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD və 1211-VQD nömrəli qanunları) 102.1.14.6-cı maddəsində "aspirantlara (magistrlərə)" sözləri "doktorantlara və magistrlərə" sözləri ilə əvəz edilsin".

901
Teqlər:
dəyişiklik, qanun, sərəncam, Vergi Məcəlləsi, vergi
Əlaqədar
Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır
Sadələşdirilmiş vergi sisteminin ləğvi barədə məlumatlara aydınlıq gətirildi
Vergi sistemindəki islahatlar özündə nələri ehtiva edir - İki prioritet istiqamət
Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

1
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

1
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ

77
Binada yaşayan bir ailəyə kompensasiya veirlmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bakının Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi 43 saylı binanın sakinləri şikayətlə redaksiyamıza müraciət ediblər.

Sakinlərin Sputnik Azərbaycan-a dediyinə görə, yaşadıqları binanın 110 yaşı və qəzalı vəziyyətdə olmasına baxmayaraq, onların vəziyyəti ilə maraqlanan yoxdur.

Bir ay öncə həmin küçədəki, 43 saylı binaya yaxın şəkildə tikilmiş (söykənmiş) 41 saylı bina sökülüb. Sakinlərə kompensasiya verilib və onlar binadan çıxarılıblar. 41 saylı binanın sakinləri də əşyalarını toplayıb çıxıblar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Ancaq binada yaşayan bir ailəyə kompensasiya verilmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

Bu heç, bu, dərdin yarısıdır.

43 saylı binanın sakinləri iddia edirlər ki, qonşu bina söküldükdən sonra onların onsuz da qəzalı vəziyyətdə olan binaları daha da təhlükəli vəziyyətə düşüb. Belə ki, divarlarda çatlar yaranıb, tavan aşağı əyilib.

Əvvəlcə onu deyək ki, sakinlərin sözlərinə görə, bina 1890-cı ildə tikilib. Bəzi sakinlərə ev bu binada sovet dövründə işlədikləri idarələr tərəfindən verilsə də, bəziləri sonradan binadan mənzil alıblar.

Binaya bütün kommunal xətləri sakinlər öz hesabına çəkdiriblər.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakinləri

Binanın kanalizasiya sistemi olmadığı üçün binada olan mənzillərin suyu yaxınlıqdakı gölməçəyə axıdılır. Havalar bir balaca isti olan kimi isə iy-qoxu ətrafı başına alır.

Hələ bu azmış kimi, ərazi neft ərazisi olduğu üçün neft qoxusu da bu üfunətə qarışır.

Qısacası, 43 saylı binanın sakinləri deyirlər ki, onların yaşayışı yaşamaq deyil, gün saymaqdır.

Gün sayırlar ki, binaları nə vaxt plana düşəcək, onlar da kompensasiyalarını alıb, normal evə köçüb yaşayacaqlar.

  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Cəbrayıl rayonundan məcburi köçkün olan Mələk Babayeva Sputnik Azərbaycan-a bildirib ki, uzun illərdir ki, bu ünvanda yaşayır. Yaşadıqları evi ara-sıra təmir etsələr də divarlar, tavan ovulub tökülür.

Bina sakini Zöhrə Hüseynovanın sözlərinə görə, binanın 120 yaşı var. Hər il mənzillərini təmir etsələr də, yenə sıradan çıxır. Ərazi neft ərazisi olduğu üçün səhərlər ətrafda güclü neft qoxusu hiss edilir: "Bir il əvvəl Suraxanı İcra Hakimiyyətindən gəlib ölçdülər. Dedilər, mənzillər söküləcək. Çox sevindik. Ancaq bir ay əvvəl gəlib, 41 saylı binanı sökdülər. Sökülən binanın divarları bizim binaya bitişik olduğu üçün evlərimiz qəzalı vəziyyətə düşüb".

Hazırda binada yaşayan bəzi sakinlər evlərini qoyub kirayədə yaşayırlar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan binada mənzil

Evlərin əksəriyyətinin tavanı sıradan çıxıb, divarlarda rütubətin yaratdığı kif və evlərdə kəskin kif qoxusu var.

Paşa Abdullayev deyir ki, 50 ildir, bu binada yaşayır.

"Bina istismar müddətini uzun illər əvvəl bitirib. Ancaq biz evsiz qalmamaq üçün bacardığımız qədər təmir etmişik. İndi artıq təmir etməklə də iş bitmir. Etdiyimiz təmir 2-3 günə başımıza tökülür. Binanın daşları belə ovulub tökülür. Tavan-döşəmə çoxdan sıradan çıxıb. Birinci mərtəbədəkilər qorxurlar ki, ikinci mərtəbədə yaşayanların tavanı uçub başlarına tökülər. Yəni, qısacası, çıxılmaz vəziyyətdəyik", - deyən bina sakini qeyd edib ki, qonşu binanın sökülməsi onların evinin vəziyyətini daha da gərginləşdirib.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini

Əgər əvvəl binalar köhnə də olsa bir-birinə söykəndiyi üçün yaşamaq mümkün idisə, indi 43 saylı binaya yaxın olan 41 saylı bina sökülüb. Və 43 saylı binanın divarlarında çatlar əmələ gəlib.

Hazırda binada 15 mənzil var və burada 20 ailə yaşayır. Mənzillərə baş çəkib, qoxunu hiss etmək 43 saylı bina sakinlərinin necə yaşadığını bilmək üçün bəs edir.

Düzdür, Xanlar Ələkbərov küçəsində 2015-ci ildə bütün binaların fasadı təmir edilib. Böyük, xüsusi zövqlə seçilmiş darvazalar da qoyulub. Yəni kənardan baxsan, heç düşünməzsən ki, bu hasarın o tayında, bu darvazadan içəridə belə acınacaqlı vəziyyət hökm sürür.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə sakinlərə bildirilib ki, "gözləyin, nə vaxt binanız plana düşsə, o vaxt da çıxacaqsınız".

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Yəni nə olursa-olsun prosesləri tezləşdirmək mümkün deyil.

Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı bir dövrdə rütubət qoxulu, uçulub-sökülmək üzrə olan mənzillərdə uşaq saxlamaq o qədər də asan deyil. Binanın isə çox sayda kiçik sakinləri var...

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

77
Əlaqədar
"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb
Bir təklif var, reallaşması sual altında: nə yıxmağa yiyə dururlar, nə də qurmağa
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi var – Reportaj
Onların koronavirusu lənətləmək üçün ayrı səbəbləri var: qazlı olmaq istəyirlər