Qolu qandallı qadın, arxiv şəkli

Azərbaycanda tanınmış şəxs həbs edildi

406
(Yenilənib 18:53 30.10.2018)
Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib

BAKI, 30 oktyabr — Sputnik. İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Prodüser Təranə Səmədova
Prodüser Təranə Səmədova

Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

406
Teqlər:
Həbs, Nərimanov rayon Məhkəməsi, insan alveri, Təranə Səmədova
Əlaqədar
Tanınmış idmançı evini qarət edənləri bağışladı
Prezident tanınmış jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi
Tanınmış qəzetin sabiq rəhbəri intihar etdi - SƏBƏB
Tanınmış əcnəbi idmançı Bakıda adam vurub
Tanınmış azərbaycanlı müğənninin avtomobilini qarət ediblər