CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 600 nəfər insan qeyri-adi "cəzaya" məhkum edilib

© Sputnik / Ilham AhmadovKənd yolu
Kənd yolu - Sputnik Azərbaycan
Abunə olmaq
O kənddən sonuncu avtobus 30 il əvvəl yola çıxıb...

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Şamaxı rayonunun Dəmirçi kənd sakinlərinin marşrut problemləri mövcuddur. Rayon mərkəzinə avtobus işləmədiyi üçün sakinlər rayona getməkdən ötrü ya kiməsə xahiş edir, ya da taksi ilə getmək məcburiyyətində qalırlar.

Azərbaycanda marşrut şəbəkəsi yenidən qurulmalıdır - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanda marşrut şəbəkəsi yenidən qurulmalıdır

Bəzi vaxtlarda isə heç taksilər də xidmət göstərmir. Çünki taksilər ancaq müəyyən vaxtlarda işləyirlər, necə deyərlər, hər vaxtın da öz qiyməti var.

Şamaxının turizm kəndlərindən biri olan Dəmirçi kəndi rayon mərkəzindən cəmi 29 km uzaqlıqda yerləşir. Kənddən rayon mərkəzinə getmək üçün isə cəmi 15-20 dəqiqəlik yolu qət etmək lazımdır. Amma bu məsafə 600-ə yaxın əhalisi olan kəndin sakinlərinə maddi cəhətdən baha başa gəlir.

Kənddə taksi xidməti ilə məşğul olan cəmi 3-4 avtomobil var. Onlar da sərnişinləri istədikləri qiymətə aparıb-gətirirlər. Əlbəttə ki, bu da sakinlərin narazılığına səbəb olur.

Kənd sakinləri qarşılaşdıqları bu problemlə bağlı Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıblar. Kənd sakini Ağa Hüseyn vəziyyəti belə izah edib: "Rayon mərkəzinə gedib-gəlmək üçün 6 manat xərcim çıxır, 3 manat getməyə, 3 manat da gəlməyə. Amma gərək səhər tezdən duram. Tez durmasam, 4 manata getməli olacam, axşama qalsam, 8-10 manata kəndə gətirəcəklər".

Nuriyə Soltanova isə deyib ki, xüsusi taksi sifariş edəndə daha çox pul ödəyirlər: "Maşın sifariş etsəm, 15-20 manata aparırlar. Qış vaxtı isə 30 manata. Ancaq elə kasıb insan var ki, imkanı yoxdur, ona görə də rayona gedib-gəlməyə çətinlik çəkir. Amma marşrut olsa, heç kim çətinlik çəkməz".

Qəribədir ki, şəxsi maşını olan kənd sakinləri də bu vəziyyətdən narazıdırlar. Onlardan biri Mikail Şükürovun sözlərinə görə, Şamaxı şəhərinə gedib-gəlmək üçün avtomobilinə, ən azı 10 manatlıq yanacaq vurmalıdır: "Ayda yanacağa 100 manat xərcləyirəm və bu da mənə sərf etmir. Marşrut olsa, ayda heç 30 manatım çıxmaz".

Sarıbaş kəndinə yağan ilk qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanın ən gözəl kəndlərindən biri ilk qarı belə qarşıladı - FOTO

Kənd sakinlərindən öyrəndiyimizə görə, əvvəllər bu kənddə marşrut olub. Sonralar yolların bərbad olması səbəbindən həmin marşrutların fəaliyyəti dayandırılıb: "1975-ci ildə kəndə asfalt yol olmayanda belə, burada marşrut işləyirdi. 1988-ci ildən bəri isə marşrut işləmədi. Hazırda kənd yolu yaxşı vəziyyətdədir, marşrutun işləməsi üçün yol problemi yoxdur".

Kənd sakinləri ilə yanaşı rayon camaatı da marşrut olmaması səbəbindən Dəmirçi kəndinə gedib-gələ bilmir. Rayondan Dəmirçi kəndinə gəlməkdən ötrü, ən azı 20-30 manat lazımdır. Rayonda taksi xidməti ilə məşğul olan sürücülər də qiymətin baha olmasını təsdiq edirlər.

Sürücü Ağasalam Nəhmətov səbəbi xərclərin çoxluğu ilə əlaqələndirib: "30 km yoldur və dağ yeridir. Bu səbəbdən maşın yanacağı çox işlədir. Haradasa, 6 litr yanacaq gedir, bu da 6 manata yaxın pul edir. Əlavə olaraq maşının ehtiyat hissələrinin – təkərin, yağın, matorun da xərci var".

Yaranmış problemlə bağlı Dəmirçi kəndinin icra nümayəndəsi Səyahətin Əsgərovla əlaqə saxladıq. O bildirdi ki, artıq bu problemlə bağlı aidiyyatı qurumlara məlumat verilib: "İnsanların narazılığı haqlıdır və yaxın günlərdə bu problem aradan qaldırılacaq".

Xəbər lenti
0