İlham Əliyev “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında

İlham Əliyev bütün qurumları bu strukturdan nümunə götürməyə çağırdı

48
(Yenilənib 20:52 29.10.2018)
İlham Əliyev: "Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır"

BAKI, 29 oktyabr — Sputnik. "Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir", — dövlət başçısı deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi: "Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, — bu, 15-ci mərkəzdir, — ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır. 

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq".

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır".

“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni — özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun — Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük", — dövlət başçısı qeyd edib.

48