Qəbələyə qar yağıb

Faktiki hava şəraiti açıqlandı Qar, leysan, şimşək

397
(Yenilənib 15:22 27.10.2018)
Ölkədə hava şəraiti kəskin dəyişib, dağlıq ərazilərdə yağan qar nəticəsində qar örtüyü əmələ gəlib

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 26-dan 27-si səhərədək Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yağan leysan yağışlarla əlaqədar çaylarda (Naxçıvançay, Zəyəmçay, Çaykənd, Qoşqarçay, Vəlvələçay-Təngialtı) sululuq artıb.

Ən çox yağıntı Naxcıvan Muxtar Respublikasına düşüb. Ərəfsədə (Culfa) 70 mm (aylıq normanın 367%-i), Nülgütdə (Ordubad) 65 mm (aylıq normanın 238 %-i) qeydə alınıb. Ağdərədə 26 mm, Şahbuzda 12 mm, Şərurda isə 9 mm olub.

Böyük Qafqazda - İvanovkada (İsmayıllı) 75, Kişçayda (Şəki) 49 (aylıq normanın 55 %-i), Girdimançayda 43 , Qəbələdə 42 (aylıq normanın 33 %-i), Oğuzda 37, Şəki, İsmayıllıda 35 , Şahdağda, Sarıbaşda (Qax) 33, Zaqatalada 31 (aylıq normanın 31 %-i), Dəmiraparançayda 22, Ağsuda 21, Qusar və Şamaxıda 25, Qırızda 24, Xaltanda 19, Qubada 17, Balakəndə 16, Altıağacda 14, Xaçmaz, Şabran və Mərəzədə 3-7 mm təşkil edib.

Lənkəran-Astara zonasında isə Lənkəranda 37, Astarada 29, Lerikdə 14, Yardımlıda 11, Biləsuvar və Neftçalada 6 mm olub.

Kiçik Qafqazda - Göygöldə 27 (aylıq normanın 35 %-i), Daşkəsəndə 23 (aylıq normanın 43%-i), Gədəbəydə 13 mm (aylıq normanın 56 %-i) təşkil edib.

Qazax-Gəncə zonasında isə Naftalanda 15, Gəncədə 12, Ağdam , Ağstafa , Şəmkir, Tovuz və Ceyrançöldə 2-8, Dəstəfurçayda-Qaraqollar (Daşkəsən) 28, Çaykənddə 27, Şməkirçay-Qalakənddə (Gədəbəy) 20, Dağ-Kəsəməndə (Qazax) 12, Qoşqarçay-Sərkar (Göygöl) 8 mm olub.

Mərkəzi-Aran rayonlarında - Tərtərdə 27 , Kürdəmirdə 20 , Mingəçevirdə 19, Yevlaxda 18 Bərdədə 15, İmişlidə 12, Sabirabadda 8, Zərdab, Cəfərxanda 7, Salyan, Qazıməmməddə 2 mm təşkil edib.

Bakıda və Abşeron yarımadasında - Sumqayıtda 7 (aylıq normanın 26 %-i), Pirallahıda 5 (aylıq normanın 23%-i), Binədə 3, Zabrat və Maştağada 2, Bakıda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 20 , Xınalıqda 18, Qudyalçay-Xınalıq məntəqəsində 17, Şahdağda 16, Qırızda 15, Sarıbaşda (Qax) 10, Nülgütdə 5 sm təşkil edib.

Qərb küləyi Neftçalada 32, Naftalan, Daşkəsən, Xınalıq, Tərtərdə 28 , Bərdədə 25, Qazıməmməd, Gəncədə 24, Salyan, Şəmkirdə 21, Biləsuvarda 20, Kəlvəzdə 19, Tovuzda 18, Ağdam, Göygöl, Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir 25-27 m/s-dək güclənib.

Dalğanın hündürlüyü Neft Daşları stansiyasının məlumatına əsasən 5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16°, minimal temperatur isə Bakıda 8,8-9° isti, Xınalıqda -2,8°, Şaxdağ - 6°, Daşkəsəndə -0,1°, Qırızda- 3,1° şaxta qeydə alınıb.

397
Teqlər:
leysan yağışlar, qar, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Əlaqədar
Əlverişsiz hava şəraiti gözlənilir
Günün sonunadək gözlənilən hava şəraiti
Paytaxt və bölgələr üçün hava proqnozu
Havada tozun miqdarı normadan 3 dəfə çoxdur
Baş Prokurorluq

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

7
Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

BAKI, 28 may - Sputnik. Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

7

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

13
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

13
ABŞ-da epidemioloji vəziyyət

Ölkədə pandemiya ilə əlaqədar olaraq vəziyyət sərtləşəcək

0
Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

BAKI, 28 may — Sputnik. Bütün dünyada koronavirusa yoluxanların sayının artması müşahidə olunur. Artıq Cənubi Koreya yaranmış bu vəziyyətlə əlaqədar olaraq daha sərt addımlar atmağı qərarlaşdırıb. Sputnik Azərbaycan-ın "The Guardian"-a istinadən xəbərinə görə, Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

Belə ki, "The Guardian"ın xəbərinə görə, ötən gün son iki yada ilk dəfə olaraq Cənubi Koreyada virusa yoluxan və ölənlərlə bağlı rəqəmlərdə sıçrayış müşahidə olunub.

Qeyd edək ki, yaran mış vəziyyət bir çox ölkələrdə gözlənildiyi kimi, Cənubi Koreya iqtisadiyyatını da vurub. Bu barədə isə "Bank of Korea" məlumat yayıb. Belə ki, məlumata görə, 1990-cı ildən sonra ilk dəfə olaraq ölkə iqtisadiyyatında gərginlik müçahidə olunub.

0