İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Strateji yolun tikintisinə 10 milyon ayrıldı

123
(Yenilənib 18:32 26.10.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,7 milyon manat ayrılıb

BAKI, 26 oktyabr — Sputnik. Prezident İlham Əliyev Ucar rayonunun Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla otuz altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

123
Teqlər:
yol tikintisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, vəsait, Sərəncam, Prezident İlham Əliyev
Əlaqədar
Yol polisi sürücülərə müraciət etdi
Prezident strateji yol tikintisinə vəsait ayırdı
Çökən yol başqa problemlər də meydana çıxarıb
Dövlət başçısının qərarı ciddi dəyişikliklərə yol açacaq - İkihakimiyyətliliyə son
Yol polisindən sürücülərə SMS xəbərdarlığı