Tələbələrin akademik papağı

Tələbələrə xoş xəbər Təqaüdlər artırılacaq

161
(Yenilənib 17:58 26.10.2018)
Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq

BAKI, 26 oktyabr — Sputnik. Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq.

Eyni zamanda, dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2274,6 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ilə nisbətən 230,6 milyon manat çoxdur.

161
Teqlər:
vəsait, büdcə, təqaüd, tələbə
Əlaqədar
Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə "aclığı" başlayıb
Yeni tələbə olanları daha çox narahat edən məsələyə aydınlıq gətirildi
Prezident 102 tələbəyə yüksək təqaüd ayırdı
Təhsil nazir müəllim və tələbələrə müraciət etdi
Səfir: Rusiya universitetləri azərbaycanlı tələbələr üçün yeni imkanlar açmağa hazırdır