DYP işçisi Mirzəliyev Xəqani

Yol polisindən sürücülərə SMS xəbərdarlığı

315
(Yenilənib 15:06 26.10.2018)
Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir

BAKI, 26 oktyabr — Sputnik. Yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə vacib xəbər var. Baş Dövlət Yol Polisi İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət sürücülərin SMS vasitəsilə məlumatlandırılmasından gedir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş və iyul ayından etibarən qüvvəyə minmiş qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırırlar. Burada söhbət yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından gedir.

Məcəllənin 125-ci maddəsində - İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma qaydalarında qeyd olunur ki, sürücülər elektron qərarlarla həm də SMS vasitəsilə məlumatlandırılırlar. Belə ki, DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin ASAN ödəniş sisteminə yerləşdirilir.

İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə 3 qaydada məlumatlandırılır:

1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir.

3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Yeni qaydalara görə, ASAN ödəniş sistemi Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumatı DYP-nin mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə məlumat, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir.

Baş DYP İdarəsi avtomobil sahiblərinin, hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, cərimələr barədə SMS almaq üçün ilk növbədə bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

315
Teqlər:
cərimə, SMS-məlumatlandırma sistemi, sürücü, Dövlət Yol Polisi İdarəsi, DYP
Əlaqədar
İşini itirən şəxsə sms bildiriş göndəriləcək
Yol polisi sürücülərə müraciət etdi
Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi, yol polisinin oğlu öldü – VİDEO
Dövlət Yol Polisindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

1
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

1
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

26
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

26
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"
Mal əti satışı, arxiv şəkli

Azərbaycana mal əti dərman idxalı artıb

0
(Yenilənib 23:00 22.10.2020)
Təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8% və s. artıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 2020-ci ilin yanvar-avqust aylarında ölkəmizə təzə meyvə idxalı 15,1%, bitki yağları 2,9%, kərə yağı, digər süd yağları və pastaları 38,9%, çay 5,9%, mal əti 18,4%, kartof 1,2%, təzə tərəvəz 29,9%, minik avtomobilləri 28,8%, dərman vasitələri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 14,8%, qara metallardan çubuqlar 1,8 dəfə, məişət soyuducuları 3,1% artıb.

Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Bu ilin 8 ayında buğda idxalı 20,1%, xam şəkər və şəkər 0,4%, quş əti və onun əlavə məhsulları 9,9%, siqaretlər 78,9%, qara metallardan borular 12,7%, polad prokatı 7,7%, mineral gübrələr 5,7%, rezin şinlər 20,2%, məişət kondisionerləri 30,9%, mebellər 23,6%, yük avtomobilləri 13,4%, polietilen 27,5%, paltaryuyan maşınlar 11,1%, qara metallardan künclüklər 8%, avtobuslar 56,1%, sement və sement klinkerləri 27,1% azalıb.

0