Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi

Elementar səhlənkarlıq üzündən 3 min insanın həyatı "tükdən asılı" vəziyyətə düşüb

14793
(Yenilənib 09:50 26.10.2018)
Magistral yolda piyada keçidinin və yol nişanlarının olmaması bu yoldan hər gün istifadə edən piyadaların həyatı üçün təhlükə yaradır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Şamaxıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar üçün çətinliklər yaradır. Təhlükəli ərazilərdən biri də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsidir. Bu yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar qarşı tərəfə keçmək üçün öz həyatlarını riskə atmalı olurlar.

Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi
© Sputnik / Ilham Ahmadov
Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, minlərlə yaşayış evi, idman kompleksi və diaqnostika mərkəzi ilə əhatələnən magistral yolda piyada keçidinin və yol nişanlarının olmaması bu yoldan hər gün istifadə edən piyadaların həyatı üçün təhlükə yaradır. Ərazidə yaşayan sakinlərin dediklərinə görə, bu yolda sürət həddi saatda 60 km təyin edilsə də, bəzi sürücülər buna məhəl qoymurlar, avtomobilləri yüksək sürətlə idarə edir, yolu keçmək istəyən piyadalara aman vermirlər.

Rayon sakini İlqar Zamanov bildirir ki, bəzən yolu keçmək üçün dəqiqələrlə gözləməli olurlar: "Özümüz qorxa-qorxa yolu birtəhər keçirik, sürücülərin heç biri piyadalara yol vermir. Yolda piyada zolağı da yoxdur ki, sürücülər yol verməli olduqlarını bilib sürəti azaltsınlar. Burada nə piyada keçidi var, nə də hər hansı bir işarə. Burada sürət həddi saatda 60 km olsa da, radar və ya yol polisi olmadığından, əksər sürücülər maşınları 90-100 sürətlə sürürlər".

Qonşuluqda yaşayan Rafael Dostumalıyev də eyni vəziyyətdən şikayət edir:

"Burada idman kompleksi ilə üzbəüz üç minədək yaşayış evi var. O evlərdə yaşayan əhalinin keçdiyi yol bu haldadır. Bu yoldan keçmək çox çətindir, təhlükəlidir. Buradan yaşlılar da, körpə uşaqlar da keçir. Bazara, məktəbə gedən hər kəs bu yoldan istifadə edir. Bakı-Şamaxı yolunda 50 keçid var, amma əsas lazım olan yerdə yoxdur".

Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi
© Sputnik / Ilham Ahmadov
Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsi

İdman kompleksinə gələn uşaqların valideynlərinin sözlərinə görə, bu yolu keçmək təhlükəli olduğundan, hər gün kompleksə uşaqları özləri şəxsən gətirib-aparırlar.

Rayon sakini Əliağa Hüseynov baş verənləri belə izah edir: "Yolu keçmək son dərəcə təhlükəlidir. Piyada keçidi olmadığından, kompleksə gələn azyaşlı uşaqların həyatına təhlükə yaranır. İş-gücümüzü atıb, uşaqların dalınca özümüz getməli oluruq".

Sürücülər də yaranmış vəziyyətdən narazıdırlar. Onlar qeyd edirlər ki, keçidlərin olmaması, işarələrin qoyulmaması onlar üçün də böyük təhlükə yaradır.

Sürücü Elnur Qədimovun sözlərinə görə, onların da marağındadır ki, magistralda piyada keçidləri olsun: "İşarə yoxdur, piyada keçidi yoxdur. Biz tanıyırıq, yola bələdik deyə, yavaş sürürük. Amma tanımayan sürücülər maşını sürətlə sürürlər. Qəflətən bir adam çıxır qarşısına, əyləci basır, arxadan gələn maşın da onu vurur. Dumanlı, çiskinli havada, ümumiyyətlə yolu görmürük. Gecə vaxtı yola çıxan insanı görmək mümkün olmur. Əvvəlcədən xəbərdarlıq bildirən işarə olsa, qarşı tərəfi də görərik".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsinin Qəbələ Regional Siqnal İdarəsinin sahə rəisi Əli Qarayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, problemin həlli mümkündür:

"Bunun üçün ərazidə yaşayan 8-10 nəfər rayon sakini yığışaraq, rayon icra hakimiyyətində yol hərəkətinin təşkili üzrə müavinə müraciət etməlidir. Həmin müraciət birbaşa Siqnal İdarəsinə yönləndiriləcək".

Qarayevin sözlərinə görə, sakinlər həmçinin imza toplayaraq məktub hazırlamalı, birbaşa DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova ünvanlamalıdırlar:

"Həmin məktub regional idarəyə yönləndiriləcək və ərazidə müayinələr aparılaraq, yol hərəkətinin tənzimlənməsi üçün müvafiq nişan və zolaqlar təyin ediləcək".

14793
Teqlər:
piyada keçidi, piyada, Şamaxı, sakin, rayon, sürücü, avtomobil, təhlükə, Qəbələ Regional Siqnal İdarəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Daxili İşlər Nazirliyi, Əli Qarayev, Şamaxı
Əlaqədar
Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı — VİDEO
Piyada hərəkətdə olan maşını təpiklədi
Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Paytaxtda ağır qəza oldu, orta yaşlı piyada vuruldu - VİDEO
İcra nümayəndəsi piyadanı vurub öldürdü
Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu
Генеральная прокуратура Азербайджанской Республики

Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı

5
Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

BAKI, 30 may - Sputnik. Baş Prokurorluq bu gün Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir:

Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

5
Təcili yardım avtomobili

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub

11
(Yenilənib 18:13 30.05.2020)
Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

BAKI, 30 may - Sputnik. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.

11