Leysan yağışının nəticəsi

"Önəmli təbiət hadisəsi gözlənilmir"

96
(Yenilənib 20:28 24.10.2018)
Məmmədova bildirib ki, oktyabr ayında qarın yağması ilk dəfə müşahidə edilən hadisə deyil

BAKI, 24 oktyabr — Sputnik. "Oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək. Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Məmmədova bildirib ki, oktyabr ayında qarın yağması ilk dəfə müşahidə edilən hadisə deyil. Yəni bu müəyyən dövrlərdə müşahidə edilib.

Qışın necə keçəcəyinə gəldikdə isə Məmmədova bildirib ki, bu barədə proqnoz vermək üçün hələ tezdir.

Qeyd edək ki, son günlər nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Məmmədova açıqlamasında bildirib ki, bu böyük bir təbiət hadisəsi deyil: "Sadəcə olaraq, insanları məlumatlandırmaq üçün intensiv olaraq havanın dəyişəcəyi barədə xəbərdarlıq edilir".

96
Teqlər:
Gülşad Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, hava, Yağış
Əlaqədar
Güclü yağış paytaxtda problemlər yaradıb - VİDEO
Paytaxta yağan yağış barədə rəsmi məlumat yayıldı
Axşam saatlarında paytaxta yenə yağış yağacaqmı - RƏSMİ