Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident üç min nəfərin həyatını yüngülləşdirdi

327
(Yenilənib 18:27 24.10.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,3 milyon manat ayrılıb

BAKI, 24 oktyabr — Sputnik. Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

327
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yol tikintisi, Sərəncam, İlham Əliyev