Mətbəxdə su kranı. Arxiv şəkli

Rəsmi bəyan: Azərbaycanda sudan kütləvi zəhərlənmə təhlükəsi yoxdur

6044
(Yenilənib 17:51 24.10.2018)
"Azərsu" ASC: Daxili İşlər Nazirliyinin xüsusi həyati əhəmiyyətli obyektlərdə mühafizə idarəsi var

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Ötən həftə İraqın Bəsrə şəhərində içməli sudan 111 min insan zəhərlənib. Hətta zərərçəkənlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var idi.

Bu vəziyyət Azərbaycan cəmiyyətində də narahatlığa səbəb oldu. Belə ki, insanlar əhalini su ilə təchiz edən içməli su anbarlarının necə qorunması barədə müzakirələr açmağa başlayıblar.

Maraqlıdır, vətəndaşlarımızın narahatlığına əsas varmı? Müasir dövrdə — bir həb ilə minlərlə insanın zəhərləməsi mümkün olduğu bir zamanda, Azərbaycanda belə risk yaşanırmı?

Sputnik Azərbaycan-ın mövzu ətrafında suallarını cavablandıran "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı və Abşeron yarımadasının əhalisi bir neçə su kanalı vasitəsilə su ilə təchiz edilir. Bütün su kanalları və anbarları ciddi rejimdə qorunur.

"Şollar kəmərinin bütün mənbələri və eyni zamanda yolüstü dunkerlərin hər biri silahlı polislər vasitəsi ilə qorunur. Daxili İşlər Nazirliyinin xüsusi həyati əhəmiyyətli obyektlərdə mühafizə idarəsi var. Onlar məhz mühafizə işlərini həyata keçirirlər. Onlar içməli su kanallarında insan müdaxiləsi ola biləcək hissələri qoruyurlar" — Cəbrayıllı diqqətə çatdırıb.

"Eyni zamanda, Tağıyev qəsəbəsində də qoruma var. İkinci mənbə Ceyranbatan gölüdür. Bura da ikiqat mühafizə olunur. Belə ki, buranı qoruq olduğu üçün Fövqəladə Hallar Nazirliyi mühafizə edir. Ərazi kamera ilə təchiz olunub. Heç "Azərsu"nun da işçiləri həmin əraziyə daxil ola bilməzlər" – dəyə o, əlavə edib.

"Azərsu" sözçüsü əlavə edib ki, Ceyranbatan suyunu təmizləyən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində də nəzarət güclüdür: "Burada da hər tərəf kamera ilə təchiz olunub və polis tərəfindən qorunur. Kür mənbəyindən alınan suya nəzarət də güclüdür. Burada kanallar qapalıdır. Oğuz–Qəbələ xəttində də nəzarətin güclü olduğunu deməliyəm. Eyni zamanda, Bakı şəhərində olan bütün anbarlarımız qorunur. Bunlar da polis postu ilə tam nəzarətdədir".

Su kranı, arxiv şəkli
© Sputnik / Konstantin Chalabov

Qurum sözçüsü onu da bildirib ki, su anbarları, nəinki insan, hətta sel, daşqın və bu kimi təbiət hadisələrindən də qorunur: "Bunu ona görə edirik ki, çirkli su həmin anbarlara tökülməsin və anbarlar dağılmasın. Məqsədimiz də əhalini təmiz və keyfiyyətli su ilə təchiz etməkdir".

Ekoloq Adil Zeynalov isə Sputnik Azərbaycan-a deyib ki, Ceyranbatan su anbarı FHN tərəfindən qorunur, ancaq bu qoruma yetərli deyil: "Su hövzələrimizi, nəinki adiyyatı qurumlar, həmçinin bütün vətəndaşlar da qorumalıdır".

"Su həyatdır və biz həyatımızı təmin edən anbarlara istər fiziki, istərsə də hüquq şəxs kimi çirkli sular axıtmamalıyıq. Çünki su insan sağlamlığına təsir edən əsas faktordur" — ekspert bildirib.

"Bizə belə müraciətlər olanda, araşdırırıq və lazımı tədbirlər həyata keçiririk. Sular tez-tez laboratoriyalarda testlərdən keçirilməlidir. Hər hansı bir problem aşkarlananda, vaxtında problem aradan qaldırılmalıdır" – deyə A.Zeynalov vurğulayıb.

6044
Teqlər:
Anar Cəbrayıllı, su anbarı, mühafizə, su, içməli su, "Azərsu" ASC, əhali, zəhərlənmə
Əlaqədar
İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sərəncam
Prezident İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sözlər
Məşhur turizm cənnəti içməli su ilə təmin edildi
İçməli su probleminin həllində mühüm addım
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılmaması fəsadlara yol açır - Operativ Qərargah

7
(Yenilənib 12:23 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

Hacıyev bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da azyaşlıların ən çox cəmləşdiyi yer təhsil müəssisələridir: “Hətta ali təhsil müəssisələrində də çox sayda tələbə toplaşır. Bu ölkə əhalisinin çox böyük hissəsini əhatə edir. Bu məsələlər epidemioloji vəziyyətdən asılı olaraq qiymətləndirilməlidir. Məktəblərin açılması ilə əlaqədar müraciət edən valideynlər var. Amma əksinə, açılmaması üçün də müraciət edənlər var. Koronavirusa qarşı mübarizədə ilk bağlanan müəssisələrdən biri məktəblər. Bu, bütün dünyada belədir. Bu məsələ hər birimizi narahat edir. Uşaqlar üçün çox çətindir. Onların kompüter oyunlarına aludəliyi artmağa başlayıb. Uşaqlara da psixoloji baxımdan təsir edən məqamlar var”.

7
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

24
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

24