CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözlənilən hava barədə daha bir xəbərdarlıq edildi

© Sputnik / Anar MustafayevBakıda buludlu hava
Bakıda buludlu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu 13-18, dağlarda 6-11 dərəcə isti təşkil edəcək

BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 23-ü gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gecə saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 13-18, dağlarda 6-11 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0