Astara Rayon Polis Şöbəsi

Həmyerlisini döyüb zorla pulunu aldı

76
(Yenilənib 17:49 23.10.2018)
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Astarada həmyerlisini döyərək zorla əlindən pulunu alan şəxs saxlanılıb.

Şahağacı kənd sakini Bəxtiyar Mirzəyev
© Sputnik / Rahim Zakiroğlu
Şahağacı kənd sakini Bəxtiyar Mirzəyev

Astara şəhər sakini Rafiq Ağayev DİN-in 102- Xidməti zəng mərkəzinə müraciət edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata əsasən, müraciət edən R.Ağayev Astara rayonunun Şahağacı kəndi ərazisində naməlum şəxsin onu  döyərək üzərindəki pulu zorla ələ keçirərək qaçdığını bildirib.

Zərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb
© Sputnik / Rahim Zakiroğlu
Zərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq törətməkdə sübhəli bilinən rayonun Şahağacı kənd sakini Bəxtiyar Mirzəyev saxlanılıb. Saxlanılan B.Mirzəyev törətdiyi əməli etiraf edib. Onun üzərinə baxış keçirilərkən zərəçəkmiş şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Məlumat üçün bildirək ki, saxlanılan Bəxtiyar Mirzəyev əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

76
Əlaqədar
Qubada evli qadını qaçıran şəxsi döyüb öldürdülər
Həbiblə döyüş üçün rekord məbləğ istədi – Yarım milyard dollar
Ermənistanda aprel döyüşlərinin iştirakçının meyiti tapıldı
Həbibdən daha bir ağlasığmaz addım - Məşhur boksçunu döyüşə çağırdı