Göz

Görmə qabiliyyətini qorumağın çox asan üsulu tapıldı

157
(Yenilənib 03:21 23.10.2018)
Bu meydana gəldiyi zaman, retinanın hüceyrələrini qidalandıran damarların ölümü baş verir

BAKI, 23 oktyabr — Sputnik. Uestmid institutunun alimləri sübut edib ki, nitratla zəngin tərəvəzlər — çuğundur və yaşıl yarpaq salatı sarı ləkənin degenerasiyaya uğramasının riskini önləyir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sarı ləkənin degenerasiyası (makulodistorofiya) görmənin zəifləməsi ilə müşahidə edilən yaşlılıq xəstəliyidir. Xəstəlik 55 yaşından yuxarı insanlarda müşahidə edilən korluq hallarının yarısına səbəb olur.

Bu meydana gəldiyi zaman, retinanın hüceyrələrini qidalandıran damarların ölümü baş verir. 15 ildən çox davam edən araşdırmada 49 yaşından böyük 2 min insanın iştirak edib. Və araşdırma zamanı məlum olub ki, makulodistorfiya gün ərzində 100-142 milliqram tərəvəz nitrartı qəbul edən insanlarda tərəvəz nitratını iki dəfə az qəbul edənlərə nisbətən 35 faiz az olub.

157
Teqlər:
görmə qabiliyyəti, yaşıl yarpaq, tərəvəz, çuğundur