Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, arxiv şəkli

DTX xəbərdarlıq etdi: Məsuliyyətə cəlb edilə bilərsiniz

1531
(Yenilənib 17:41 22.10.2018)
Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslər məsuliyyətə cəlb edilə bilər

BAKI, 22 oktyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslər məsuliyyətə cəlb edilə bilər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır" — deyə DTX-dan bildirilib.

Həmçinin qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "facebook", "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

DTX istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürünü də bildirib.

1531
Teqlər:
profil, loqotip, sosial şəbəkə, xəbərdarlıq, Dövlət Təhlükəsizliyi Xidməti
Əlaqədar
DİN və DTX birgə əməliyyat keçirib, silah-sursat aşkarlanıb
Xaçmazda vəziyyət gərginləşdi, DTX radikal terrorçunu məhv etdi
DTX-dan növbəti əməliyyat, daha bir terrorçu zərərsizləşdirildi - VİDEO
Azərbaycanda böyük əməliyyat: DTX əməkdaşı tutuldu
DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur"

Pulu əldən ələ verilməsi, arxiv şəkli

On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi

6
(Yenilənib 21:34 07.08.2020)
5 şəhər və 8 rayonu üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib.

BAKI, 7 avqust - Sputnik. Bu gün Azərbaycan Respublikasını Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir,  Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərarda deyilir:  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

6
Nazirlər Kabineti, arxiv şəkli

Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib

173
(Yenilənib 21:01 07.08.2020)
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin sayı artırılıb.

BAKI, 7 avqust - Sputnik. Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

-    Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

-    Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

-    maşın və avadanlıqların istehsalı;

-    elektrik avadanlıqlarının istehsalı;

-    kompüter, elektron və optik məhsulların istehsalı;

-    avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

-    sair nəqliyyat vasitələrinin istehsalı;

-    poliqrafiya məhsullarının istehsalı;

-    zərgərlik məmulatlarının istehsalı;

-    musiqi alətləri, idman mallarının istehsalı;

-    geyim istehsalı;

-    toxuculuq sənayesi;

-    ayaqqabıların istehsalı;

-    dəri və dəri məmulatlarının istehsalı;

-    tütün məmulatlarının istehsalı;

-    sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

-    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
-    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
-    Mühəndislik və layihələndirmə xidmətləri; 
-    Qablaşdırma məhsullarının istehsalı;
-    Daş, metal və taxta məhsullarının istehsalı;
-    Mebel istehsalı və təmiri; 
-    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
-    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 
-    Onlayn satışlar;
-    Kimyəvi təmizləmə; 
-    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 
-    Avtomobillərin təmiri;
-    Avtomobil yuyulma məntəqələri; 
-    Heyvan sığınacaqları;
-    Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

173