Enerji içkisi, arxiv şəkli

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir Zəhər hər birimizin evinə girir

12974
(Yenilənib 16:24 22.10.2018)
Uroloq: "Enerji içkiləri sonsuzluq yarada bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son zamanlar enerji içkilərindən istifadə edənlərin sayı durmadan artır. Artıq vəziyyət o həddə çatıb ki, bəzi gənclər bu içkidən hətta su əvəzinə istifadə edirlər. Halbuki KİV-də, həmçinin sosial mediada və sosial şəbəkələrdə həkimlər tərəfindən enerji içkilərinin ziyanları ilə bağlı tez-tez məlumatlar verilir. Təəssüflər olsun ki, bu xəbərdarlıqlara heç kim əhəmiyyət vermir. Əksinə, belə içkilərə tələbat daha da artır və enerji içkilərini istehsal edən şirkətlərin sayı günü-gündən çoxalır.

Sputnik Azərbaycan-ın əməkdaşı bu məsələnin ciddiyyətini nəzərə alaraq, enerji içkilərinin insan sağlamlığına vurduğu zərərlərlə bağlı kiçik araşdırma aparıb.

Uroloq Rauf Rzayev deyir ki, enerji içkiləri insan orqanizmi üçün olduqca ziyanlıdır: "Həmin içkilərin tərkibində kofein normadan çox olur. İlk öncə elə bu səbəbdən enerji içkiləri qəti qadağandır. Xüsusilə yaşlı insanların içməsi yolverilməzdir. Çünki onların orqanizmində kofeinin çoxluğu təzyiqin artmasına səbəb olur".

R.Rzayevin sözlərinə görə, enerji içkiləri insanın qaraciyərini sıradan çıxarır. Nəticədə də digər daxili orqanların iş sisteminin pozulmasına səbəb olur.

Uroloq xüsusilə bildirib ki, gənc oğlanlar reproduktiv dövrdə bu içkidən mütləq uzaq olmalıdırlar: "Əks halda onlarda sonsuzluq yarana bilər. Uşaq və hamilə qadınlar isə ümumiyyətlə belə içkiləri qəbul etməməlidirlər. Bir sözlə, hər kəs enerji içkisindən uzaq olmalıdır ki, sağlamlığını qismən də olsa, qoruya bilsin".

Enerji içkilərinin insan orqanizminə təhlükəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu göndərilib. Agentlikdən sorğumuza verilən cavabda da belə içkilərin insan sağlamlığı üçün zərərli olduğu qeyd olunub: "Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi təqdirdə insan sağlamlığına müəyyən fəsadlar törədə bilər".

"Bu içkilərin tərkibinə əlavə edilən kofeinin miqdarı, insan sağlamlığına təhlükə yaratmayacaq səviyyədə olmalıdır. Enerji içkilərinin qəbul olunması insanlarda, xüsusilə də kiçik yaşlı uşaqlarda yuxusuzluq, piylənmə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqları və s. səbəb ola bilər" – deyə qurumdan bildirilib.

Qida Təhlükəsizliyi Agentliyi 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlara enerji içkilərindən istifadə etməməyi tövsiyə edir.

12974
Teqlər:
Uroloq, eberji içkisi, sonsuzluq, Qida Təhlükəsizliyi Agentliyi, təhlükə
Əlaqədar
Bu zəhəri hamı içir: Azərbaycandakı enerji içkilərinin tərkibi yoxlanacaq
Enerji içkiləri az qala onu öldürəcəkmiş
Azərbaycanda enerji içkilərinin satışı məhdudlaşdırılacaq
Эксперт в области образования Кямран Асадов

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

0
(Yenilənib 09:59 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

Cəbhəyanı ərazilərdə top mərmiləri dron aşkarlanıb

18
(Yenilənib 08:57 20.10.2020)
Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 19 oktyabr 2020-ci il tarixlərində 708 siqnal əsasında 588 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

BAKI, 20 oktyabr - Sputnik. 2020-ci il 19 Oktyabr tarixində Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a ANAMA-dan məlumat verilib.

Daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Nəcəfqulubəyli, Poladlı kəndləri, Ağdam rayonunun Çəmənli, Alıbəyli, Paşabəyli kəndləri və Ergi qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Soğanverdilər, Təhlə kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kürdəmir rayonunun Karrar kəndi, Tərtər rayonunun Seydimli, Əskipara, Ələsgərli kəndləri və H.Aslanov küçəsi və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 240 mm-lik top mərmisi (M24F), 1 ədəd dron və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı
ANAMA
Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 19 oktyabr 2020-ci il tarixlərində 708 siqnal (əməliyyat çağırışı) əsasında 588 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Kürdəmir, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 99 ədəd partlamamış hərbi sursat (PHS), 1 143 ədəd bombacıq, 1 180 ədəd müxtəlif çaplı patronlar, 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 289 ədəd partlamış raket hissələri aşkar olunub.

18