Yol polisi

Bakı polisi yenə reyd keçirdi, “ölüm maşınları” saxlanıldı

166
(Yenilənib 15:13 22.10.2018)
Kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb

BAKI, 22 oktyabr — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.

Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar" markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanıldı. Sürücü Afəl Cəfərov "Opel" markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyi bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində "Toyota" markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona "saxla" işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

"BMW" markalı avtomobilin sürücü Arzu Nəsibov isə Yasamal rayonu "Mətbuat", "Hüseyn Cavid" prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən bəziləri avtomobildə etdikləri konstruksiya dəyişikliklərini yerində aradan qaldırandan sonra barələrində protokol yazılaraq buraxılıblar.

Reyd zamanı digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

166
Teqlər:
reyd, sərxoş, sürücü, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi
Əlaqədar
Ölkə üzrə reyd: Siqaret çəkilməsi ilə bağlı kütləvi cərimələmə gedir
Nazirlik reyd keçirdi: Qanunu pozanlar cərimələndilər
Nazirliklər ölkə ərazisində birgə reyd keçirir
Bakıda reyd keçirildi, bir nəfərə 800 manat cərimə yazıldı
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

7
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

7
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Evi tərk edən COVID-19 xəstələrindən ikisi həyatını itirib

5
Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib.

 

BAKI, 3 dekabr — Sputnik. Dekabrın 2-də ölkə üzrə yaşayış yerini tərk edən 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

"Ötən gün tərəfimizdən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir", - məlumatda bildirilib.

5
Вышка командно-диспетчерского пункта аэродрома аэропорта в населённом пункте Ходжалы, фото из архива

Xankəndi limanı: Sülhməramlıdan mülki təyinatadək

0
Üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib.

 

BAKI, 3 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatı mürəkkəb logistikası ilə fərqlənir. Xankəndindəki aerodromun bərpası və modernləşdirilməsi Rusiya HKQ-nin hərbi-nəqliyyat təyyarələrini qəbul etməyə imkan verəcək, yeni əməliyyat imkanları yaradacaq, qoşun birləşməsinin təchizatının bir çox problemlərini həll edəcək.

Qarabağı Ermənistan ilə yalnız eni 5 kilometr olan Laçın dəhlizi birləşdirir. Yola Ruisya sülhməramlıları nəzarət edirlər, amma yenə də bu yol bölgədə mümkün gərginləşmə halında ciddi təhlükə altında olacaq. Perspektivdə yeni yolun (dəhlizin) tikintisi və Laçın şəhərinin Azərbaycana təhvil verilməsi var. Lakin insanların və yüklərin operativ daşınmasına artıq bu gün ehtiyac var.

Xankəndindən Yerevana (Erebuni aviabazası, Zvartnos hava limanı) avtomobil yolu 320 km-dir. Əməliyyatın ilk günlərində sülhməramlılar Xankəndinə bu marşrutla gedirdilər. Sonra (noyabrın 28-dən) yeni marşrut ortaya çıxdı: Rusiyadan gələn yük və texnika dolu vaqonlar Azərbaycanın Bərdə dəmiryolu stansiyasına gəlir və buradan avtomobillərlə təxminən 100 km-lik Bərdə-Ağdam-Xankəndi marşrutunu qət edir. Bu marşrutla da məsafə uzaqdır.

Dağlıq Qarabağın şəraitində bölmələrin, yüklərin və texnikanın operativ şəkildə yüz kilometrlərlə məsafəyə çatdırılması mürəkkəb qoşun əməliyyatına çevrilir. İldə iki dəfə sülhməramlı qruplaşmanın şəxsi heyəti rotasiya edilməlidir. Bölgədə vəziyyətin gərginləşməsi əlavə qüvvə və vəsait tələb edə bilər. Xankəndi şəhərinin 9 kilometrliyində hava limanı var və o nəzəri olaraq ağır hərbi-nəqliyyat aviasiyasını qəbul edə bilər. Burada uçuşlar 1990-cı illərin əvvəllərində hərbi əməliyyatlara görə dayandırılıb. Hava limanının infrastrukturu 2020-ci ilin sentyabr və oktyabrında Azərbaycanın raket zərbələri nəticəsində zərər görüb, lakin uçuş-enmə zolağının (UEZ) uzunluğu 2200 metrdir. Yerli relyef lazım gələrsə, zolağın uzunluğunu 1 000 metr artırmağa və yanında ikincisini tikməyə imkan verir. Xankəndi yaxınlığındakı hava limanının bərpası və modernləşdirilməsinin qiyməti yaxından baxdıqda uzun illik uzaq məsafəyə uçuşlardan, nəhəng vaxt və qüvvə xərclərindən baha olmaya bilər. Hava limanı həmçinin mülki yüklərin daşınması üçün logistik mərkəz və perspektivdə Dağlıq Qarabağın iqtisadi inkişafının vacib tərkib hissəsi ola bilər.

Uzaq və təhlükəli yol

Rusiyalı sülhməramlılar 23 müşahidə postunda 24 saat Dağlıq Qarabağdakı atəşkəs rejiminə nəzarət edirlər, Laçın dəhlizi ilə əhalinin və avtonəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər. Noyabrın 14-dən 30 minədək qaçqın öz evinə qayıdıb. Bölgədə fəal şəkildə rusiyalı istehkamçılar, hərbi həkimlər, FHN əməkdaşları işləyirlər.

Sülhməramlı qüvvələrin həll olunması daimi mobillik tələb edir. Qarabağ müharibəsinin dayandırılması barədə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının əsasında Moskvayla Bakı arasında imzalanmış xüsusi protokol Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasını nəzərdə tutur. Aydındır ki, bu sənəd nəinki yerdəki, həm də səmadakı qadağaları da götürür. Söhbət Xankəndi hava limanına uçuşlardan gedir. Rusiyadan birbaşa reys bir çox logistika və təchizat problemlərini aradan qaldırardı, 15-ci sülhməramlı briqadanın qoşun birləşməsi üçün yeni əməliyyat imkanları yaradardı.

Daha əvvəl Gürcüstan Azərbaycan və Ermənistanın xahişi ilə öz hava məkanını Yerevana uçuş həyata keçirən Rusiya hərbi-nəqliyyat aviasiyası üçün açmışdı. Oradan yüklər quru uzaq yolla Xankəndinə daşınırdı. İndi bölgənin səmasını tam açmağın əsl vaxtıdır. Bu, Azərbaycandan Naxçıvan Muxtar Respublikasına yol çəkilməsi layihəsinə də fayda verə bilər.

Bağlı səma

Xankəndi hava limanı 2012-ci ildə artıq təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Lakin bu, Bakının əks-reaksiyasına görə baş vermədi. Lakin üçtərəfli razılaşma imzalandıqdan və Rusiyanın sülhməramlı əməliyyatı başladıqdan sonra bölgədəki vəziyyət kökündən dəyişib. Uçuşların təhlükəsizliyinə yenidən baxmaq və qadağaları götürmək vaxtıdır. Həm də Ermənistanla Azərbaycan bu məsələdə bir-birilərinə borclu qalmırlar: Bakıdan Naxçıvana reyslər Ermənistan üzərindəki beynəlxalq dəhlizlərdən keçir və erməni aviaşirkətləri də Azərbaycan səmasındakı beynəlxalq səviyyədə qorunan hava koridorlarından istifadə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu sözlər ümid verir. Əgər bu yüksək dağlıq ərazidəki hava limanı tezliklə işə başlasa, bu regional sülhə və təhlükəsizliyə fayda verəcək.

0
Teqlər:
Rusiya, sülhməramlılar, Dağlıq Qarabağ, hava limanı, Xankəndi