Səbayıl rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov

Eldar Əzizov Abutalıbovun daha bir kadrını işdən çıxardı

467
(Yenilənib 15:01 22.10.2018)
Həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub

BAKI, 22 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, departamentin direktoru Ramiz Hacıyev işdən çıxarılıb.

Həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub.

Xatırladaq ki, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlərlə bundan əvvəl də İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

467
Teqlər:
departament direktoru, Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyəti, əmr
Əlaqədar
Eldar Əzizov yeni kadr dəyişiklikləri etdi
Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə gətirildi
Eldar Əzizov: “Sakinlər öz evlərində yaşamaq istəyir”

Sərt karantin başladı: Metro dayandı, avtobuslar 2 gün işləməyəcək

34
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

BAKI, 4 iyul – Sputnik. Bakıda xüsusi karantin rejiminin 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar metropolitenin fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli
© Photo : The State Customs Committee of AR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qərarla əlaqədar bu gün saat 00:00-dan 6 iyul saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilir.

34
Cərimə, arxiv şəkli

İndi karantini pozanları hamı cərimə edəcək - Hətta onlar da

14
(Yenilənib 00:05 04.07.2020)
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxacaq qurumlar məlum olub

BAKI, 3 iyul — Sputnik. Dövlət başçısı bu gün ""Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, aşağıdakı məzmunda 5.6-2-ci bənd əlavə edilir: "5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır".

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxacaq.

İndiyədək 211-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxırdı.

14
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla