Səyyar ASAN xidmət avtobusu

"ASAN xidmət" bu ərazilərə gələcək Xəbəriniz olsun

28
(Yenilənib 11:43 22.10.2018)
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur

BAKI, 22 oktyabr — Sputnik. Səyyar ASAN xidmət 6 – 25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda, 5 oktyabr – 3 noyabr Xudatda, 8 oktyabr – 6 noyabr Şəkidə, 18 oktyabr – 6 noyabr Ağsuda, 19 oktyabr – 2 noyabr Qovlar şəhərində, 22 oktyabr – 10 noyabr Binəqədi qəsəbəsində, 24 oktyabr – 22 noyabr Biləsuvarda, 24 oktyabr – 7 noyabr Xaldan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

28
Teqlər:
Xudat, Notariat fəaliyyəti, Səyyar "ASAN xidmət", pasport, şəxsiyyət vəsiqəsi, Tovuz, Hacıqabul, Şəki
Əlaqədar
"ASAN xidmət"dən bölgə sakinlərinə şad xəbər
"ASAN xidmət"də yeni rekord qeydə alınıb
Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır
"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
"ASAN xidmət"də iki rekord
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Son sutka ərzində qədər insan vaksinasiya olunub?

2
(Yenilənib 17:51 21.04.2021)
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 908 672 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 458 218 olub.

BAKI, 21 aprel — Sputnik. Bu gün Azərbaycanda 14 680 nəfərə vaksin vurulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələdə isə bu rəqəm 5 221 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 366 890 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 908 672 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 458 218 olub.

2
Xəstəxanada uşaq, arxiv şəkli

Cinsi orqanı kəsilən uşağın anası - "O qadın uşağımı yenə hədələyir"

12
(Yenilənib 17:19 21.04.2021)
"Qadın bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi" - zərərçəkmişin anası.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalına qarşı dörd min manat məbləğində cərimə iddiası qaldırılsa da, cinayət törədənlərin efirə çıxması birmənalı qarşılanmır.

Sputnik Azərbaycan-a məsələ ilə bağlı açıqlama verən teletənqidçi Qulu Məhərrəmli bildirib ki, bu hadisəni törədən şəxsin əməli barədə çıxıb efirdə danışması təqdir ediləcək hal deyil:

"Canlı efirlərdə bu cür halların olmasını ciddi qəbahət hesab edirəm. Azərbaycanda bunların hamısı sensiya axtarışı, qeyri-adilik, reytinq məqsədi güdür. Televiziyalar veriliş hazırlayır və bundan reytinq qazanmaq istəyirlər".

Q.Məhərrəmli deyir ki, mahiyyət etibarilə verilişin aparıcısı Zaur Baxşəliyev istedadlı aparıcıdır: "Onun düşüncəsi, veriliş aparmaq qabiliyyəti var. Amma bu verilişin redaktoru, prodüsseri var ki, onlar məsuliyyətli olmalıdırlar. Məsələnin mahiyyətini bilə-bilə bu cür cinayətin efirdə etiraf olunması yolverilməzdir. Məsuliyyət və peşəkarlıq olmadıqda bu cür hallar ortaya çıxır. Bu baxımdan mən MTRŞ-nın addımını çox doğru hesab edirəm. Bu cür kəskin reaksiyalar olmasa, efirdə belə hallar tez-tez baş verər".

Teletənqidçi bildirir ki, telekanallar məsuliyyəti artırmalı, efirə gedəcək materiallara diqqət yetirməlidirlər. Bunun üçün isə yaradıcı qrupda məsul şəxslər olmalıdır. Q.Məhərrəmli onu da əlavə edib ki, efirə məsul şəxslər ictimai əxlaq normasını unudurlar. Bu da çox məsuliyyətsiz yanaşmadır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, uşaqlara qarşı bu cür zorakılıq yolverilməzdir. K.Ağazadə deyir ki, həmin qadının efirə gələnədək məsuliyyətə cəlb edilməməsi anormaldır:

"Polis o qadını efirə gəlməmiş götürüb aparmalıydı. Bu qadının əməlini çıxıb efirdən yaxşı bir iş kimi danışması təəccüb doğurur. Bu gün çox təəssüf ki, o qadının əməlinə haqq qazandıranlar da var. Bu çox dəhşətli məsələdir", - deyə K.Ağazadə bildirib.

Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev ailəlikcə koronavirusa yoluxduqlarından məsələdən xəbərsiz olduğunu bildirib. İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə Məsləhətçi-psixoloqu İsa İsmayılov isə bu məsələdən xəbərdar olduğunu desə də onlara rəsmi məktub daxil olmadığını söyləyib.

Hadisə zamanı xəsarət alan 10 yaşlı uşağın valideyni Ülviyyə Mirzalıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladının durumu hazırda çox pisdir: "Uşağı həkimə aparmışıq, cinsi orqanına tikiş qoyulub. Cinayəti törədən qadın uşağımın sünnət dərisindən kəsib. Bu işi qızı ilə birgə görüb. Uşaq əllərindən qaçıb evə gəlməsəydi, qanaxmadan ölə bilərdi".

Ülviyyə Mirzəliyeva bu hadisədən sonra uşağın psixologiyasında ciddi problem olduğunu söyləyir. Onun sözlərinə görə, uşağı gecələr yatmır, tez-tez qışqıraraq oyanır. Valideyn bu hadisənin binada yaşayanları da xofa saldığını söyləyir: "İnanın ki, bütün bina hadisədən sonra narahatdır. Heç kəs uşağını bayıra buraxmaq istəmir. Bu qadının azadlıqda olması uşaqların həyatı üçün təhlükədir. Mən onun yaşadığı binadan kirayədən çıxıb bir qədər kənarda ev kirayə götürmüşəm. Amma yenə uşaq qorxur".

Valideyn bildirir ki, qadın bu əməlindən peşman deyil və özünə haqq qazandırır:

"Binanın qarşısında qışqırır ki, pulunu verib cəzadan qurtulacaq. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, bu qadının layiqli cəza almasını təmin etsinlər. Şikayətimi geri götürməyəcəm. Çünki mənim övladımı yenidən cinsi orqanını kəsməklə hədələyir".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, artıq hadisə ilə bağlı cinayət işi açılıb: "Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək".

Qeyd edək ki, Bərdə rayonunda bir neçə gün öncə 40 yaşlı Aidə Əzizova 10 yaşlı uşağın cinsi orqanını kəsib. O, bu əməlini ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində açıq şəkildə danışaraq əməlinə haqq qazandırıb. Bildirib ki, 10 yaşlı oğlan onun 3 yaşlı qızına qarşı seksual hərəkətlər edib.

12

Müdafiə Nazirliyi Baş Qərvənd kəndinin ən son görüntülərini təqdim edib

0
(Yenilənib 18:46 21.04.2021)
Kəndin keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır.

Müdafiə Nazirliyi Ağdam rayonunun Baş Qərvənd kəndindən videogörüntülər yayıb. Baş Qərvənd kəndi Xaçın çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.

Keçmış adı Kəkilbəyli Qərvənd olub. Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınıb. Kəbirli tayfasının bir qolunun adıdır. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin bu kənddən çəkdiyi ən son görüntüləri təqdim edir.

0