Badamdarda süşürmə zonasındakı vəziyyət. 19 oktyabr 2018-ci il

Badamdardakı sürüşmə zonasında son vəziyyət açıqlandı

120
(Yenilənib 10:04 22.10.2018)
Sürüşmə zonasında olan evlərin divarlarında çatlar var

BAKI, 22 oktyabr — Sputnik. "Badamdar 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Qərargahdan bildirilib ki, sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

Xatırladaq ki, Badamdar 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında oktyabrın 1-dən gərginlik müşahidə edilib. Oktyabrın 12- də isə ilk sürüşmə baş verib. Ərazidə 11 ev və 3 obyekt var. Burada yaşayan sakinlər köçürülüb. Məlumata görə, sürüşmə zonasında olan evlərin divarlarında çatlar var. Ehtimallara görə, əvvəlcə torpaq, sonra qaya parçaları və sonda isə ərazidə tikilmiş evlər sürüşəcək.

120
Teqlər:
süxur, qərargah, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sürüşmə zonası, Badamdar qəsəbəsi
Əlaqədar
Badamdar sakinləri üçün daha bir bəd xəbər gəldi - RƏSMİ
Badamdar sürüşməsindən yeni xəbər var
Qərargahdan açıqlama: Badamdar sürüşmə zonasındakı çatlar artıb
Badamdar yamacı: Sürüşən 300 metr ərazidə 11 ev var
Yağış Badamdar yamacına ciddi ziyan vurub
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

3
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

3
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail