Bakı

Yeni həftənin ilk gününün havası necə olacaq - XƏBƏRDARLIQ

2760
(Yenilənib 15:22 21.10.2018)
Sabah ölkə ərazisində hava dəyişkən buludlu olacaq

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-s verilən məlumata görə, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava şəraiti mövcud olacaq. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün birinci yarısında bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 21-26° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 21-24° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti təşkil edəcək.

2760
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

12
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

12
Koronavirus testi, arxiv şəkli

Uzun müddətdən sonra yenidən ikirəqəmli yoluxma sayı qeydə alındı

61
(Yenilənib 14:13 09.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 33568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 785126, ötən müddət ərzində isə ümumilikdə 5618 test aparılıb.

Sonuncu dəfə Azərbaycanda bir gündə ikirəqəmli yoluxma mayın 13-də qeydə alınıb - 65 nəfər.

61
Teqlər:
test, Azərbaycan, yoluxma, Koronavirus, COVID-19