Qanunsuz kəsilib satışa çıxarılan at əti

İnsanları zəhərləmək istəyənlər ələ keçdilər

153
Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabrın 19-da Qida Təhlükəsizliyi Agentliyinin, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz satış məqsədi ilə at əti kəsən şəxslər saxlanılıb.

Belə ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bərdə rayon sakini Vəli Məmmədov və Ağdam rayon sakini Teymur Bağırovun istifadəsində olan Bərdə rayonu Qaradağlı kəndində yerləşən yardımçı tikililərə baxış keçirilən zaman oradan ümumi çəkisi 600 kq olan 3 kəsilmiş at və eləcə də 2 kəsimə hazırlanmış at aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində araşdırmalar aparılır.  

153