BAKI, 19 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abbasov Eldar Yunus oğlu
Ağabalayev Naib Nuxuddin oğlu
Ağayev İbrahim Hümbət oğlu
Əbdülzadə Mətləb Əbdül oğlu
Ələkbərova Qətibə Məhəmmədəli qızı
Əliyev Güloğlan Aslan oğlu
Əliyev İlham Nadir oğlu
Quliyev Elşən Həsənqulu oğlu
Mehdi Qadir Balamehdi oğlu
Məhəmmədəliyev Şahsuvar Nüsrət oğlu
Məmmədxanov Araz Sabir oğlu
Məmmədov Musa Məmməd oğlu
Məsimova Xalidə Məhəmməd qızı
Molodetski Nikolay Feliksoviç
Musayev Sahib Aslan oğlu
Mustafayev Tanırverdi Qiyas oğlu
Nəsirov Tahir İsa oğlu
Rüstəmov Dolu Həsən oğlu
Rzayev Emin Hüseynağa oğlu
Seyidov Elmar Əjdər oğlu
Süleymanova İradə Kamil qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Ağasiyev İlham Əlibaba oğlu
Əliyev Ələkbər Məlik Məmməd oğlu
Xəlilov Seyfəddin Heydər oğlu.
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Gülməmməd Süleyman oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
BAKI, 7 mart - Sputnik. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.
Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 7 mart — Sputnik. Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.
Qeyd edək ki, 319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilib.
Xatırladaq ki, daha əvvəl paytaxtda əsən güclü külək Bakı şəhəri, Suraxanı rayonu, Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.
BAKI, 7 mart — Sputnik. Xarici ölkələrin Azərbaycandakı nümayəndələri – diplomatlar və hərbi attaşelərin Qarabağa növbəti turu baş tutub.
Sputnik Azərbaycan Real-a istinadla xəbər verir ki, onları Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Səfərin məqsədi ermənilərin regionda törətdiyi vandal əməlləri, xarabalığa çevrilmiş evləri, məhv edilmiş infrastruktur və ekologiyaya vurulan zərəri beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Diplomatlar ilk olaraq Füzulinin Merdinli kəndində erməni vandalizmi izləri ilə tanış olublar. Buradakı məscidə ziyarət təşkil edilib. Hikmət Hacıyev ermənilərin məsciddə heyvan saxladıqlarını diplomatların nəzərinə çatdırıb.
Daha sonra məscidi ziyarət edən Liviyanın Bakıdakı müvəqqəti işlər müdiri Əşrəf Adəm ermənilərin burada törətdiyi qeyri-insani davranışları sərt şəkildə tənqid edib.
Diplomatlar daha sonra Füzulidə hazırda tikilməkdə olan hava limanı ərazisinə gəliblər. Burada görülən işlərlə tanışlıq olub.
Səfərin növbəti dayanacağı Qubadlı isə diplomatlara ilk olaraq burada ətraf-mühitə vurulan zərər-ziyan, ermənilərin kəsilib məhv etdiyi ağaclar göstərilib.
Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazinin ekologiyasına dəyən zərər barədə məlumat veribər.
Diplomatik korpusun nümayəndələri daha sonra Laçına gəliblər. Güləbird Su Elektrik Stansiyasına səfər təşkil edilib.
Yol boyu diplomatların əksəriyyəti erməni vandalizmini qınadığını bildirib.
"Bu, onun sübutudur ki, Azərbaycan və Ermənistan sülhə və barışığa getmək üçün addımlar atmalıdır. Uşaqları elə tərbiyə etmək lazımdır ki, gələcəkdə bir daha müharibə etməsinlər, sülh içində yaşasınlar", - Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib
Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro: "Burada törədilən çox saylı dağıntılara baxmayaraq Azərbaycanın qısa müddətdə gördüyü yenidənqurma işləri, regiona etdiyi yatırımları ilə sərgilədiyi gələcəyə yönəlik mövqeyi məni çox mütəəssir etdi. Mənim xalqım da gələcəyi, inkişafı düşənən xalqdır. Ona görə bu, xüsus məni heyran edir. Əlbəttə, müharibə dəhşətlidir, dağıntılar mənfur əməllərdir. Baxın. Boyaqın qoxusu hələ də hiss olunur. Bura gənc bir ölkədir, möhtəşəm gələcəyi var. Azərbaycanın ittiham irəli sürmək üçün tam hüququ var. Bu, tərəfləri məsələ ilə bağlı müvafiq forumlara çıxaracaq. Vacib olan gələcəyə baxmaqdır".
"Əlbəttə, dağıntılar, xüsusilə, ibadət evlərinin dağıdılması inanılmazdır. Səfər boyu ilk dayandağımız məntəqədəki məsciddə bunun şahidi olduq. Bu, mənim üçün məqbul bir hərəkət deyil. Ermənilər burada SES-ə də zərər vurubmuşlar. Bu cür əməlləri heç bir ölkə qəbul etməz. Məscidlərin dağıdılması bir yana, onlar bu ibadət evindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Burada mal-qara, donuz saxlayıblar. Bu, bəşər normalarına qarşıdır. Heç nə demək olmur. İnsan bu cür əməlləri təsəvvür belə edə bilmir. Çox pis əməllərdir", - İndoneziya Səfirliyinin nümayəndəsi Yusuf Yusuf bildirib.
"Azərbaycan hökuməti və onun prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirik ki, Qubadlı, Zəngilan və Laçına gəlib buradakı işləri yaxından görmək üçün bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Buradakı dağıntıları yerli sakinlərindən ayrı düşmüş evləri görmək ürəksığıcıdır. Bu evlərdə uşaqlar, ailələr yaşayırdı. İndi isə evlər dağılıb və geriyə xatirələr qalıb. Digər tərəfdən, buradakı yeni müasir Su Elektrik Stansiyasının necə sürətlə tikilmiş olduğunu gördük və bu da bizi mütəəssir etdi. Bu, Azərbaycan xalqının və hökumətinin mətanətini, qətiyyətini göstərir. Azərbaycan xalqına və, ümumilikdə, region əhalisinə sülh şəraitində yaşamağı arzulayırıq. Təşəkkür edirəm", - Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Karim deyib.
Qeyd edək ki, Füzuli və Qubadlı müvafiq olaraq ötən ilin 17 oktyabr və 25 oktyabr tarixində milli ordumuz tərəfindən işğaldan azad edilib. Laçın isə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs bəyanatına əsasən, 1 dekabrda Azərbaycana təhvil verilib.