Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident nazirliklə bağlı mühüm fərman imzaladı

265
(Yenilənib 15:12 19.10.2018)
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı

BAKI, 19 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.0.63-1-ci yarımbənd əlavə edilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

"3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək;".

Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etməlidir.

265
Teqlər:
Mənzil Məcəlləsi, İqtisadiyyat Nazirliyi, fərman, Prezident İlham Əliyev
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

5
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

5
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ

108
Binada yaşayan bir ailəyə kompensasiya veirlmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bakının Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi 43 saylı binanın sakinləri şikayətlə redaksiyamıza müraciət ediblər.

Sakinlərin Sputnik Azərbaycan-a dediyinə görə, yaşadıqları binanın 110 yaşı və qəzalı vəziyyətdə olmasına baxmayaraq, onların vəziyyəti ilə maraqlanan yoxdur.

Bir ay öncə həmin küçədəki, 43 saylı binaya yaxın şəkildə tikilmiş (söykənmiş) 41 saylı bina sökülüb. Sakinlərə kompensasiya verilib və onlar binadan çıxarılıblar. 41 saylı binanın sakinləri də əşyalarını toplayıb çıxıblar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Ancaq binada yaşayan bir ailəyə kompensasiya verilmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

Bu heç, bu, dərdin yarısıdır.

43 saylı binanın sakinləri iddia edirlər ki, qonşu bina söküldükdən sonra onların onsuz da qəzalı vəziyyətdə olan binaları daha da təhlükəli vəziyyətə düşüb. Belə ki, divarlarda çatlar yaranıb, tavan aşağı əyilib.

Əvvəlcə onu deyək ki, sakinlərin sözlərinə görə, bina 1890-cı ildə tikilib. Bəzi sakinlərə ev bu binada sovet dövründə işlədikləri idarələr tərəfindən verilsə də, bəziləri sonradan binadan mənzil alıblar.

Binaya bütün kommunal xətləri sakinlər öz hesabına çəkdiriblər.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakinləri

Binanın kanalizasiya sistemi olmadığı üçün binada olan mənzillərin suyu yaxınlıqdakı gölməçəyə axıdılır. Havalar bir balaca isti olan kimi isə iy-qoxu ətrafı başına alır.

Hələ bu azmış kimi, ərazi neft ərazisi olduğu üçün neft qoxusu da bu üfunətə qarışır.

Qısacası, 43 saylı binanın sakinləri deyirlər ki, onların yaşayışı yaşamaq deyil, gün saymaqdır.

Gün sayırlar ki, binaları nə vaxt plana düşəcək, onlar da kompensasiyalarını alıb, normal evə köçüb yaşayacaqlar.

  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Cəbrayıl rayonundan məcburi köçkün olan Mələk Babayeva Sputnik Azərbaycan-a bildirib ki, uzun illərdir ki, bu ünvanda yaşayır. Yaşadıqları evi ara-sıra təmir etsələr də divarlar, tavan ovulub tökülür.

Bina sakini Zöhrə Hüseynovanın sözlərinə görə, binanın 120 yaşı var. Hər il mənzillərini təmir etsələr də, yenə sıradan çıxır. Ərazi neft ərazisi olduğu üçün səhərlər ətrafda güclü neft qoxusu hiss edilir: "Bir il əvvəl Suraxanı İcra Hakimiyyətindən gəlib ölçdülər. Dedilər, mənzillər söküləcək. Çox sevindik. Ancaq bir ay əvvəl gəlib, 41 saylı binanı sökdülər. Sökülən binanın divarları bizim binaya bitişik olduğu üçün evlərimiz qəzalı vəziyyətə düşüb".

Hazırda binada yaşayan bəzi sakinlər evlərini qoyub kirayədə yaşayırlar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan binada mənzil

Evlərin əksəriyyətinin tavanı sıradan çıxıb, divarlarda rütubətin yaratdığı kif və evlərdə kəskin kif qoxusu var.

Paşa Abdullayev deyir ki, 50 ildir, bu binada yaşayır.

"Bina istismar müddətini uzun illər əvvəl bitirib. Ancaq biz evsiz qalmamaq üçün bacardığımız qədər təmir etmişik. İndi artıq təmir etməklə də iş bitmir. Etdiyimiz təmir 2-3 günə başımıza tökülür. Binanın daşları belə ovulub tökülür. Tavan-döşəmə çoxdan sıradan çıxıb. Birinci mərtəbədəkilər qorxurlar ki, ikinci mərtəbədə yaşayanların tavanı uçub başlarına tökülər. Yəni, qısacası, çıxılmaz vəziyyətdəyik", - deyən bina sakini qeyd edib ki, qonşu binanın sökülməsi onların evinin vəziyyətini daha da gərginləşdirib.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini

Əgər əvvəl binalar köhnə də olsa bir-birinə söykəndiyi üçün yaşamaq mümkün idisə, indi 43 saylı binaya yaxın olan 41 saylı bina sökülüb. Və 43 saylı binanın divarlarında çatlar əmələ gəlib.

Hazırda binada 15 mənzil var və burada 20 ailə yaşayır. Mənzillərə baş çəkib, qoxunu hiss etmək 43 saylı bina sakinlərinin necə yaşadığını bilmək üçün bəs edir.

Düzdür, Xanlar Ələkbərov küçəsində 2015-ci ildə bütün binaların fasadı təmir edilib. Böyük, xüsusi zövqlə seçilmiş darvazalar da qoyulub. Yəni kənardan baxsan, heç düşünməzsən ki, bu hasarın o tayında, bu darvazadan içəridə belə acınacaqlı vəziyyət hökm sürür.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə sakinlərə bildirilib ki, "gözləyin, nə vaxt binanız plana düşsə, o vaxt da çıxacaqsınız".

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Yəni nə olursa-olsun prosesləri tezləşdirmək mümkün deyil.

Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı bir dövrdə rütubət qoxulu, uçulub-sökülmək üzrə olan mənzillərdə uşaq saxlamaq o qədər də asan deyil. Binanın isə çox sayda kiçik sakinləri var...

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

108
Əlaqədar
"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb
Bir təklif var, reallaşması sual altında: nə yıxmağa yiyə dururlar, nə də qurmağa
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi var – Reportaj
Onların koronavirusu lənətləmək üçün ayrı səbəbləri var: qazlı olmaq istəyirlər
Gürcüstanda epidemioloji vəziyyət, arxiv şəkli

Gürcüstana göz dəydi, koronavirusa yoluxma halı kəskin artdı

0
(Yenilənib 12:28 10.08.2020)
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb.

BAKI, 10 avqust — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 25 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1250-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb, 17 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 40433-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, avqustun 8-dən bu virusa yoluxanların sayı daha 23 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 796-ya çatıb. Xəstəlikdən sağalanların sayı 32616 olub. Hazırda bu ölkədə 6793 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 19,8 milyonu keçib, 731 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb
Koronavirusla mübarizədə ağ və qırmızı şərab
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Anticisimdən başqa heç nə kömək etmir – Rusiyalı həkimdən qəti mövqe