Sərhəddə tikanlı məftillər, arxiv şəkli

“King”ləri sərhəddə saxladılar

105
(Yenilənib 17:31 18.10.2018)
Avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb

BAKI, 18 oktyabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşına məxsus "Mercedes Benz" markalı avtomobil saxlanılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 10000 ədəd aksiz markasız, üzərində "King" yazısı olan siqaretlər aşkarlanıb. 

105
Teqlər:
Qərb Ərazi Baş Gömrük İdarəsi, "Qırmızı Körpü" Nəzarət Keçid Məntəqəsi, qaçaqmal, siqaret