Sürüşmə zonası, arxiv şəkli

Bakının ən təhlükəli yerləri hansılardır - SİYAHI

175
(Yenilənib 16:48 18.10.2018)
Hazırda Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir

BAKI, 18 oktyabr — Sputnik. Bakının doqquz ərazisində hazırda sürüşmə riski var.

Sputnik Azərbaycan oxu.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər deyib.

“Ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir” – deyə o bildirib.

Starə TarixAzər qeyd edib ki, hazırda Zığ yolunda yerləşən 100-dən çox bina aktiv zonada yerləşir.

175
Teqlər:
Starə TarixAzər, sürüşmə zonası, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu, Bakı
Əlaqədar
Sürüşmə zonasında yeni uçqunlar qeydə alınıb
Sürüşmə zonasından son xəbər
Badamdardakı sürüşmə ilə bağlı təhlükəli gəlişmə - VİDEO
Sürüşmə zonasından son xəbər gəldi
Badamdarda sürüşmə anı çəkildi - VİDEO