Quran oxuyan uşaq

Millət vəkilindən dini xurafat xəbərdarlığı

34
(Yenilənib 19:00 16.10.2018)
Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır

BAKI, 16 oktyabr — Sputnik. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb, lakin, buraya "dini xurafat" anlayışının əlavə edilməsini təklif edirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır. Bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir.

Orta məktəblərdə "Həyat bilgisi" dərsinin keçirilməsinin müsbət olduğunu deyən deputat bildirib ki, həmin dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: “Qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

34