Aqil Abbas

Deputat dərslik yazanların məsuliyyətə cəlb olunmasını tələb etdi

119
(Yenilənib 17:10 16.10.2018)
O bildirib ki, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar

BAKI, 16 oktyabr — Sputnik. “Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar. Həmin dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.

“Üçüncü sinif dərsliyində erotikadan bəhs olunur. Sanki bunlara nəzarət yoxdur. Bundan başqa, bəzi dərsliklərdə yazılanlar ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə uşaqlarını rus dili bölməsinə qoyurlar? Çünki orada belə şeylər yoxdur” — deyə deputat bildirib.

119
Əlaqədar
Deputatlar Nikol Paşinyanı dəstəklədi
Deputat sədri sərt tənqid etdi: "Özünə 65 min manat maaş yazdırmışdı"
Gürcüstanda prezident seçkilərində soydaşlarımız kimi dəstəkləsin - Deputat şərhi
Deputat: “Paşinyan nə danışdığını heç özü də bilmir”
Milli Məclisin sabiq deputatı dünyasını dəyişib